Saturday, June 6, 2015

Peekay - PK


Bu gün yenə bir film təklifi ilə qaça-qaça gəldim :)) Bəyəndiyim bir şey olduqda yerimdə dayana bilmirəm dərhal gəlib sizinlə də paylaşmaq istəyirəm. Çox pis alışmışam bu vəziyyətə amma heç şikayətçi də deyiləm açıqcası :) Birdə şərhlərinizlə mənə yoldaşlıq etsəniz çox sevinərəm.. Nəysə mövzuya qayıdaq...

Oldum olalı Hind filmlərini sevməmişəm.. Amma mənim üçün Aamir Khan aktyorluğu deyə bir faktor olduqda imtina etmək mümkün olmur !!! Aamir Khan hər filmdə rolunun haqqını verir və özünə xas bir aktyorluqla insanı özünə heyran buraxır. Ayrıca filmlərində verdiyi mütləq bir sosial mesajı vardır ki ən çox xoşuma gələn şeylərdən biridə budur. PK'da da bu qayda dəyişməyib. 3 idiots'un rejissoru Rajkumar Hirani'nin çəkdiyi filmdə bu səfər bir az daha tənqidə açıq bir mövzu seçilib: "Din"... Xüsusilə Hindistan kimi minlərlə dini içində saxlayan bir ölkədə qəbul edilməsi asan olmayan şeylərdən biri olsa gərək dinlər haqqında bir film çəkmək.. Film haqqında çox məlumat verməmək şərti ilə mövzusuna da toxunmaq istəyirəm: Çoooox uzaqlardan dünyanı ziyarətə gələn bir yoldaş, geriyə dönüş yolu olan açarını bir hadisə nəticəsində itirir. Dünyanın sakinləri olan insanlarla ünsiyyət qurmağa çalışdığı hər səfərində anlayır ki, insanların bütün istəkləri reallaşdıran varlıq vardır. Ondan bir şeylər istəsən, istədiyini sənə mütləq verir. Daha sonra bu varlığın Allah olduğunu öyrənir və istəyini reallaşdırması üçün Allahı axtarmağa başlayır. Ancaq bilmədiyi bir şey var: Minlərlə Tanrıya sahib Hindistanda heç bir şey ümid etdiyi kimi asan olmayacaq...

Filmin ilk 10 dəqiqəsindən artıq filmin mükəmməl olacağına əmin idim! Çünki, film başlanğıcdan etibarən insanı elə qucaqlayır ki... İzlədiyiniz zaman anlayacaqsınız nə demək istədiyimi.  :)

Filmin adı filmin qəhrəmanına verilən ləqəbdən gəlir. Peekay'ın mənasını hind dilindən tərcümədə tam olaraq tapa bilməsəm də, təxminən bizim dilimizdə "sərxoş" mənasını verir.. Peekay Hindistan da çox içki içən insanlara verilən bir ləqəbdir ona görə mən qısaca Sərxoş dedim.

Bunlarda filmdə ən çox diqqətimi çəkən sətirlər.. :)

Her zaman "Tek Tanrı Vardır" diyorsunuz.
Bense hayır diyorum; "İki Tanrı" var.
Birisi "Bizi Yaratan Tanrı" ; diğeri ise "Sizin Yarattığınız Tanrı"

~~~

Hangi Tanrı'ya inanacağız?
Biri bizi yaratan biri de sizlerin yarattığı.
Ama sizin yarattığınız tıpkı sizin gibi.
Küçük, yalancı, hastalıklı, boş vaatler veren,
zenginlere öncelik tanıyan, fakirleri sırada bekleten
Bizi yaratan Tanrı'ya inanın ona güvenin.
Kendi yarattığınız sahte Tanrı'ları ise yok edin.

No comments:

Post a Comment