"Bozun əlli çaları" kitabını oxuduqdan sonra filmini də izləyərək vüsala çatdım. :)) Filmi üst-üstə iki dəfə izləmişəm. Yaxşı ki, elə etmişəm.. Çünki filmdə hadisələr o qədər sürətlə olub bitir ki, ikinci seansda filmi izlediyimi ancaq qəbul edə bildim. Hələ də qarışıq duyğular içərisindəyəm, o səbəblə film haqqındakı düşüncələrimdə qeyri-müəyyən ifadələr oxuya bilərsiniz..
İlk olaraq filmi izləməyənlər və izləməyi düşünənlər üçün bir XӘBӘRDARLIQ etmək istəyirəm, "Kitabı oxumadan, filmi izləməyin məncə" .. Çünki anlam verə bilməyəcəyiniz səhnələr, qaçırdığınız dialoqlar olacaq. Bir kitabsevər olaraq onlardan məhrum qalmağınızı istəmərəm. :)
Filmi izləmədən öncə film haqqında heç iç açıcı fikirlər oxumamışdım. Hətta çox insan tərəfindən bəyənilməmişdi. Düzdü ümumilikdə götürdükdə filmi bəyəndim amma bir yanı ilə də xəyal qırıqlığı yaşatdı mənə. Mənim əlli tonuma çox uyğun olmadı bu film. Bozun əlli çalarını oxumayıb sağdan soldan fikir sahibi olan çox insan var. Ona görə ilk başda düşünmüşdüm ki, heç deyilsə bu filmlə niyə kitabın bu qədər sevildiyi anlaşılar. Amma filmdən sonra yanıldığımı gördüm..
Film kitabı oxuyanlar üçün çəkilib. Mənim gülərək izlədiyim səhnələri kitabı oxumayanlar heç bir şey anlamadan izləyirdi. Duyğu baxımından boşluqda qalan səhnələr vardı. Səbəbi də olması vacib olan səhnələrin olmaması idi. Düzdü dəyişikliklər vardı. Başa düşürəm bu normaldı. Amma belə də olmamalıydı. Məsələn Christian' ın ailesi ilə tanışma yeməyinə getmədən öncə Christian Ana' ya, "Ehtiyacın olan hər şeyi aldın mı?" deyə soruşub gülürdü. Baxın bu səhnəni kitabı oxumayanların anlamış olması im-kan-sız-dır! Amma əminəm ki, mənim kimi kitabı oxumuş olanlar isə bu səhnədə gülmüşlərdir..
Bu mənfiliklərdən əlavə müsbət yönlərindən danışacaq olsam film musiqilərinə aşiq olmuşam. Filmi izlədiyimdən bəri əlaqəsiz bir şəkildə Annie Lennox'ın "I Put A Spell On You" mahnısını dinləyirəm, çox gözəldi! Bundan əlavə aktyorlar kitabın qəhrəmanlarına çox uyğun gəlir. Özəlliklə Anastasia rolunu canlandıran Dakota Johnson.. Onsuz ki, Jamie Dornan seçildiyi andan etibarən qəlbimi fəth etmişdi. :)
Film haqqındakı düşüncələrim bu şəkildədir. Kitabı oxumayıb bəyənən və bəyənməyənlərdə ola bilər. Aranızda fərqli düşünənlər varsa fikirlərinizi oxumaq istəyərəm. :)
No comments:
Post a Comment