Demək olar ki, bir çox kitab mağazasında ən çox satılanlar siyahısında olan "Kürk Mantolu Madonna" kitabı məncə sizin də diqqətinizi çəkməmiş deyildir... Kitabı uzun zamandır oxumaq istəyirdim. Amma hər dəfə başqa kitablar sıraya girdiyindən bu kitab hər zaman unudulurdu. Robin Sharmanın kitabı bitdikdən sonra "görəsən hansı kitabı oxuyum" deyə düşünürdüm ki, bu kitabı oxumağa qərar verdim. Doğrudur, "Ferrarisini satmış rahib" kitabından sonra "Kürk mantolu madonnaya" keçişim, bir az sərt oldu..)) Çünki hər iki kitab həm janr, həm də yazarların düşüncəsi baxımından çox fərqlidir. Amma olsun.. Mən yenə də çox sevdim.. Nəysə sözü çox uzatmadan kitab haqqında bir az məlumat verim.. :)
Kitabdakı əsas hadisələr, baş qəhrəmanın bir rəsm sərgisində "Kürk Mantolu Madonna" isimli tabloya heyran olması ilə başlayır. Kitabımızın qəhrəmanları Maria Puder ve Raif Beydi. Raif bəy içinə qapanıq və ətrafında baş verən hadisələrlə bütün bağını qoparmış bir bəydir. Hansi ki, öz içində yaşayan səssiz tiplər var ha, baxın Raif Efendi eynən bu şəkildə bir xarakterə sahib insandı. Maria Puder isə kişilərlə arası heç bir zaman yaxşı olamamış, onlara çox güvənməyən, azadlığına düşkün bir qadındır. Kitabda bu ikili arasında olan münasibət anladılır..
Mütləq oxunması vacib olan bir kitab deyə yərlərə, göylərə sığdırılmayan bu kitab həqiqətən haqqında deyilən bütün təriflərə layiqdir. Mən kitabı çox bəyənərək oxudum. Ancaq kitabın ilk bölümlərində Raif bəyin bu içinə qapanıqlığı və hər şeydən çəkinməsi bəzən həqiqətən əsəblərimi pozdu :)
Hər insanın bir hekayəsi vardır kimisi xoşbəxt sonla bitir, kimisi hüzünlə...Raif bəyin hekayəsi sizi çox təəccübləndirsə də hekayənin sonunu öyrənmək üçün bir nəfəsdə əlfəcinə belə ehtiyac duymadan oxumağa davam edəcəksiniz.
Kitabı oxuduqdan sonra susqun olan insanların həyatları daha çox marağıma səbəb oldu. Daha əvvəllər bilməzdim susan hər insanın qiymətli hekayəsinin ola biləcəyini... İndi daha diqqətliyəm ətrafımdakı hər kəsə qarşı..
No comments:
Post a Comment