Friday, June 5, 2015

Waris Dirie - Səhra çiçəyi

Üç yaşında balaca bir qız uşağıykən bir sabah ananız sizi tez-tələsik yuxadan oyandırıb, evdən çox uzaqda kimsənin olmadığı bir əraziyə aparır. Qəddar simalı yaşlı bir qadınla görüşür, qadın pis boxçasından paslı bir jilet ya da qırıq şüşə parçası çıxarır. Ananız ayaqlarınızdan tutur və sünnətçi qadın klitorisinizi kəsib, sadəcə idrarınızı edə biləcəyiniz şəkildə bir kibrit ucu qədər açıqlıq buraxaraq vaginanızı boydan boya həsir bir iplə tikir. Şanslısınızsa, həyatda qalırsınız. Әgər deyilsinizsə, qan itkisindən və ya infeksiya nəticəsində ölürsünüz.

Afrika’da qadın olmaq üçün bir əvəz ödəməyiniz lazımdır. Heç bir şeyden xəbərinizin olmadığı və savannalarda heyvanlarla oynayaraq keçirdiyiniz xoşbəxt uşaqlığınızın ortasında sizi heç istəməyəcəyiniz bir acıya və həyatınızın sonuna qədər daşıyacağınız bir yaraya məhkum edirlər. Qadın(!) olmaq üçün qadınlığınız əlinizdən alırlar.

Afrika’da və bəzi Müsəlman ölkələrində hər il 3 ilə 12 yaş arasında milyonlarca körpə qız uşağı bu vəhşətə məruz qalır. Adətən müsəlman Afrika ölkələrində rast gəlinən bu adət, qızlıqdan qadınlığa keçmənin və həqiqi bir qadın olmanın dəyişməz şərtidir. Onlar üçün sünnətli qadın bəkarətin simvoludur. Kişilər, toydan sonrakı ilk gecədə yoldaşı ilə cinsi elaqəyə girmək üçün əlindəki bir bıçaqla həmin tikişləri kəsir və genişlədir.

Sünnətli qadınlar, həyatları boyunca regl dönəmlərində və cinsi əlaqə sırasında çox dəhşətli ağrılar çəkir. Sünnətsiz qadınlar isə qəbilələrinə və soyadlarına xəyanət etmiş sayılırlar, dolayısıyla ailə tərəfindən rədd edilirlər. Onlar fahişə statusunda qəbul edildikləri üçün əsla evlənəbilmirlər və hər cür sosial qrupdan kənarda qalırlar. Bu vəziyyətə düşməkdən və ‘kirli’ adlandırılmaqdansa yüz illərdir analar, öz əlləriylə körpə qızlarının çığırtılarını duymazdan gələrək onları sünnət etdirirlər. Namuslu bir qadın olabilmələri üçün..

Yaxşı bəs qadınların sünnət edilməsinin bu səbəblərinin yanında sosial səbəbləri də var mı? Təbii ki var.. Sünnətli qadınlar, klitorisləri olmadığı üçün heç bir zaman həzz duya bilmir. Bu da qadını cinsi baxımdan bir heç edir və sadəcə uşaq dünyaya gətirən bir maşına çevirir. Yüz illərdir var olan bu adətin İslam’la heç bir əlaqəsinin olmadığını söyləyən din adamlarına rəğmən, hər il 8 min qız uşağı sünnət edilir.

Daha əvvəl universitetdə Biologiya müəllimimizdən qadınlara sünnət edildiyini eşitmişdim amma sadəcə qadınların cinsi həzz duymasının qarşısını almaq üçün sadəcə klitorislərinin kəsildiyini sanırdım. Bunun necə bir vəhşət olduğunu olduğunu bu kitabdan öyrəndim. İnternetdə də bir az bu mövzuda araşdırma etdim və gördüyüm gerçəklərə inana bilmədim... 

Waris Dirie, o qızlardan sadəcə biridir. Somalili Waris, 3 yaşında sünnət edilməyinə rəğmən həyatda qalmağı bacaran şanslı qızlardandır. Amma kiçik bacısı onun qədər şanslı deyildi. 12 yaşında atası tərəfindən 3 dəvə qarşılığında 65 yaşında bir adamla evləndirilmək istənilincə anasının yardımıyla evdən qaçır. Günlərcə yol gedir, səhranı keçir və Somali’nin paytaxtı Mogadişu’ya çatır. Mogadişu’dakı qohumları sayəsində Somali Konsulluğunda xidmətçi olaraq çalışmaq üçün İngiltərəyə gedir. Orada çox məhşur bir fotoqraf tərəfindən kəşf edilən Waris Dirie, uğurlu bir top model olmağı bacarır. Amma bu onu xoşbəxt edə bilmir. Waris, artıq ‘Afrika səhrasından Paris podyumlarına’ başlıqlı reportajlar vermək istəmir. Danışmaq istəyir, qadın sünnətindən bəhs etmək, bütün dünyaya bağırmaq və bununla savaşmaq istəyir. Bir gün bir jurnala verdiyi bir reportajda başına gələnləri nəql edir. Çox böyük yanğı oyandıran reportaj sayəsində hər kəsin Waris’in və milyonlarca Afrikalı qadının məruz qaldığı bu vəhşətdən xəbəri olur. Daha sonra Waris, 1997- ci ildə BMT tərəfindən Qadın Sünnəti Özəl Elçisi olaraq seçilir. 2002-ci ildə isə Desert Flower Foundation’ı qurur. Waris Dirie’nin eyni zamanda öz yaşam hekayəsini anlatdığı 3 kitabı və bir də Çöl Çiçeği adlı kitabından ilhamlanaraq bəyaz pərdəyə daşınan, eyni adlı bir filmi var.

Әvvəlcə kitabını oxuyun, sonra da filmini izləyin...Hətta kitabı verin yoldaşınız, dostunuz, rəfiqəniz də oxusun...

No comments:

Post a Comment