Kateqoriya

Showing posts with label İzlədiklərim. Show all posts
Showing posts with label İzlədiklərim. Show all posts

Saturday, November 21, 2015

Mr Robot sezonunu bağlı elan edirəm..

Mr Robot sezonunu bağlı elan edirəm..  Bu münasibetle film haqqındakı fikirlerimi bölüşmesem olmaz..) 

Yeni nəsil "hack" serialı olan Mr. Robotun, an etibarilə Imdb'dəkı balı 9,0-dır... Rəsmi olaraq 24 İyun 2015 tarixində başlayan serialımız 26 Avqust 2015 tarixində 10 cu bölümü də yayımlanandan sonra ilk mövsümünü bağlamışdır. Yəni əgər hələ də izləməmisinizsə, Mr. Robot'un hack dünyasına girmək üçün gecikmiş sayılmazsınız. (Usa Network kanalında yayımlanan serialın,  2 ci mövsümünün çəkilişləri üçün başlandığını da qeyd etməsəm olmaz.)

Mr. Robot, Sam Esmail tərəfindən yazılmış bir psixoloji gərginlik-dram serialıdır. Serial olduqca sürətli bir şəkildə ən çox izlənilən seriallar arasına adını yazdırmışdır. Bunda isə müasir cəmiyyəti tənqid etməsi və informasiya dünyası ilə əlaqədar olmasının payı böyükdür. Eyni zamanda serial bizə New Yorkun o biri üzünü də göstərərək digər seriallardan ayrılıb özünə qəlbimizdə ayrı bir yer qazandırır.

Serialda Elliot adlı əsas qəhrəmanımız hacker və siber təhlükəsizlik mühəndisidir. Lakin Elliot eyni zamanda bir kompüter piratıdır və fsociety adlı qrupla birlikdə dünyanı xilas etmək kimi planları vardır. Digər çəkici tərəfi isə sistemi tənqid etməsidir..

Belə təhlükəli sularda üzən bir serialın ictimai mediada tənqidlər alması da qaçınılmazdır əlbəttə ki... Çox sevənləri olduğu kimi, tənqid edənləri (amma bu tənqidləri əsla tam haqsız saymıram) də mövcuddur. Bunların ən başında; "Madam ki, sistemi tənqid edir, sistem necə və niyə bu seriala təsdiq verə bilir, yoxsa bilə-bilə bu cür edərək, əslində serialla içimizdəki fəal ruhun qazını alıb, yuxumuza qaldığımız yerdən davam etməyimizi təmin edib, sağ göstərərkən, sol mu vururlar? "şəklindəki baxış bucağı yer alır. Bunları da artıq serialı izləyib özünüz qərar verərsiniz.. Və serialı sevsəniz, serialın atmosferini serialın xaricində də yaşamaq üçün özünə uyğun bir quruluşda yaradılmış olan saytına( www.whoismrrobot.com ) girib hack dünyasındakı səyahətinizə başlaya bilərsiniz. 

Saturday, June 6, 2015

Peekay - PK


Bu gün yenə bir film təklifi ilə qaça-qaça gəldim :)) Bəyəndiyim bir şey olduqda yerimdə dayana bilmirəm dərhal gəlib sizinlə də paylaşmaq istəyirəm. Çox pis alışmışam bu vəziyyətə amma heç şikayətçi də deyiləm açıqcası :) Birdə şərhlərinizlə mənə yoldaşlıq etsəniz çox sevinərəm.. Nəysə mövzuya qayıdaq...

Oldum olalı Hind filmlərini sevməmişəm.. Amma mənim üçün Aamir Khan aktyorluğu deyə bir faktor olduqda imtina etmək mümkün olmur !!! Aamir Khan hər filmdə rolunun haqqını verir və özünə xas bir aktyorluqla insanı özünə heyran buraxır. Ayrıca filmlərində verdiyi mütləq bir sosial mesajı vardır ki ən çox xoşuma gələn şeylərdən biridə budur. PK'da da bu qayda dəyişməyib. 3 idiots'un rejissoru Rajkumar Hirani'nin çəkdiyi filmdə bu səfər bir az daha tənqidə açıq bir mövzu seçilib: "Din"... Xüsusilə Hindistan kimi minlərlə dini içində saxlayan bir ölkədə qəbul edilməsi asan olmayan şeylərdən biri olsa gərək dinlər haqqında bir film çəkmək.. Film haqqında çox məlumat verməmək şərti ilə mövzusuna da toxunmaq istəyirəm: Çoooox uzaqlardan dünyanı ziyarətə gələn bir yoldaş, geriyə dönüş yolu olan açarını bir hadisə nəticəsində itirir. Dünyanın sakinləri olan insanlarla ünsiyyət qurmağa çalışdığı hər səfərində anlayır ki, insanların bütün istəkləri reallaşdıran varlıq vardır. Ondan bir şeylər istəsən, istədiyini sənə mütləq verir. Daha sonra bu varlığın Allah olduğunu öyrənir və istəyini reallaşdırması üçün Allahı axtarmağa başlayır. Ancaq bilmədiyi bir şey var: Minlərlə Tanrıya sahib Hindistanda heç bir şey ümid etdiyi kimi asan olmayacaq...

Filmin ilk 10 dəqiqəsindən artıq filmin mükəmməl olacağına əmin idim! Çünki, film başlanğıcdan etibarən insanı elə qucaqlayır ki... İzlədiyiniz zaman anlayacaqsınız nə demək istədiyimi.  :)

Filmin adı filmin qəhrəmanına verilən ləqəbdən gəlir. Peekay'ın mənasını hind dilindən tərcümədə tam olaraq tapa bilməsəm də, təxminən bizim dilimizdə "sərxoş" mənasını verir.. Peekay Hindistan da çox içki içən insanlara verilən bir ləqəbdir ona görə mən qısaca Sərxoş dedim.

Bunlarda filmdə ən çox diqqətimi çəkən sətirlər.. :)

Her zaman "Tek Tanrı Vardır" diyorsunuz.
Bense hayır diyorum; "İki Tanrı" var.
Birisi "Bizi Yaratan Tanrı" ; diğeri ise "Sizin Yarattığınız Tanrı"

~~~

Hangi Tanrı'ya inanacağız?
Biri bizi yaratan biri de sizlerin yarattığı.
Ama sizin yarattığınız tıpkı sizin gibi.
Küçük, yalancı, hastalıklı, boş vaatler veren,
zenginlere öncelik tanıyan, fakirleri sırada bekleten
Bizi yaratan Tanrı'ya inanın ona güvenin.
Kendi yarattığınız sahte Tanrı'ları ise yok edin.

Sunday, April 26, 2015

The Theory of Everything

Mütləq izləməliyəm dediyim amma izləmək üçün fürsət tapmadığım film olan "The Theory of Everything" ilə qarşınızdayam. :) 

Әvvəla niyə bu filmi bu qədər ertələdim deyə özümdən soruşuram. Razıyam filmlər haqqında geniş dünyagörüşüm olmaya bilər  amma belə gözəl bir filmi ertələmək ayrı bir üzücü durumdu mənim üçün... Hər nəysə, sonunda izlədim və düşünürəm ki, önəmli olan da budu. :))

Film haqqında fikir versin deyə öncə mövzusundan başlayım. Film məhşur bir fizik olan Stephen Hawking və onun həyat yoldaşı Jane ilə olan yaşamından bəhs edir. Tələbə olarkən zəkasıyla professorun diqqətini çəkən Stephen Hawking qara dəliklər və dünyanın yaranması ilə bağlı ortaya qoyduğu teoremi və kitabıyla elm həyatına addım atmağı bacarır. Eyni zamanda həyat yoldaşı olan Jane ilə burada tanış olur. Hər şey çox gözəl gedərkən Stephen Hawking bir xəstəlik keçirir və motor neyronlarının işləmədiyini, bunun da ciddi nəticələrə səbəb olacağını öyrənir. Artıq Hawking'in həyatı çətin bir dönəmə girir. Bütün çətinliklərə rəğmən Stephen Hawking çalışmağa davam edir. Xəstə olarkən belə öz teoremi üzərində çalışır, yanlışlarını düzəldir. Amma əsas məqsədi  filmdə "Her Şeyin Teorisi olaraq bəhs olunan bir denklemi tapmaqdır. Bu denklemi taparsa yaşamdakı hər şeyin təməl dayanağını tapmış olacaq və bilinməyənləri açıqlamış olacaqdır..

Film haqqında mənim düşüncələrimə gəlsək... Şübhəsiz ki,  izlədiyim ən yaxşı filmlərdən biri idi.. Həm duyğusal səhnələriylə həm də zarafatcıl dialoqlarıyla məni həm güldürdü həm də hüzünləndirdi. Bəzən də təəccübləndirdi. İki saatın necə keçdiyini anlamadım. Filmdən sonra boşluğa atılmış, ruhu çəkilmiş bir insana çevrilmişdim. Film ağlımdan çıxmır.. Özəlliklə də son səhnələr hələ də gözlərimin önündədi. 

Nəticə olaraq mən bu filmə BA-YIL-DIM. Tapacağım bir qüsur belə yoxdu filmdə. Hər şey o qədər real idi ki... Xəstəlik müddəti, yıxılma səhnəsi və daha bir çox səhnə.. Әgər Stephen Hawking'ə qarşı marağınız varsa ya da araşdırdığınızda marağınıza səbəb olubsa bu filmi mütləq izləməlisiniz.. Çünki bu film mənə çox şey qatdı, çox şey öyrəndim. Sizin də bu iki saatın sonunda çox şey qazanacağınıza əminəm. Bəlkə dünyaya, yaşama olan baxış bucağınız belə dəyişə bilər..

 Uzun sözün qısası film izləmək istəsəz bu film ağlınız bir küncündə dursun. :) 

Monday, April 13, 2015

Bozun əlli çaları

"Bozun əlli çaları" kitabını oxuduqdan sonra filmini də izləyərək vüsala çatdım. :)) Filmi üst-üstə iki dəfə izləmişəm. Yaxşı ki, elə etmişəm.. Çünki filmdə hadisələr o qədər sürətlə olub bitir ki, ikinci seansda filmi izlediyimi ancaq qəbul edə bildim. Hələ də qarışıq duyğular içərisindəyəm, o səbəblə film haqqındakı düşüncələrimdə qeyri-müəyyən ifadələr oxuya bilərsiniz..

İlk olaraq filmi izləməyənlər və izləməyi düşünənlər üçün bir XӘBӘRDARLIQ etmək istəyirəm, "Kitabı oxumadan, filmi izləməyin məncə" .. Çünki anlam verə bilməyəcəyiniz səhnələr, qaçırdığınız dialoqlar olacaq. Bir kitabsevər olaraq onlardan məhrum qalmağınızı istəmərəm. :)

Filmi izləmədən öncə film haqqında heç iç açıcı fikirlər oxumamışdım. Hətta çox insan tərəfindən bəyənilməmişdi. Düzdü ümumilikdə götürdükdə filmi bəyəndim amma bir yanı ilə də xəyal qırıqlığı yaşatdı mənə. Mənim əlli tonuma çox uyğun olmadı bu film. Bozun əlli çalarını oxumayıb sağdan soldan fikir sahibi olan çox insan var. Ona görə ilk başda düşünmüşdüm ki, heç deyilsə bu filmlə niyə kitabın bu qədər sevildiyi anlaşılar. Amma filmdən sonra yanıldığımı gördüm..

Film kitabı oxuyanlar üçün çəkilib. Mənim gülərək izlədiyim səhnələri kitabı oxumayanlar heç bir şey anlamadan izləyirdi. Duyğu baxımından boşluqda qalan səhnələr vardı. Səbəbi də olması vacib olan səhnələrin olmaması idi. Düzdü dəyişikliklər vardı. Başa düşürəm bu normaldı.  Amma belə də olmamalıydı. Məsələn Christian' ın ailesi ilə tanışma yeməyinə getmədən öncə Christian Ana' ya, "Ehtiyacın olan hər şeyi aldın mı?" deyə soruşub gülürdü. Baxın bu səhnəni kitabı oxumayanların anlamış olması im-kan-sız-dır! Amma əminəm ki, mənim kimi kitabı oxumuş olanlar isə bu səhnədə gülmüşlərdir..

Bu mənfiliklərdən əlavə müsbət yönlərindən danışacaq olsam film musiqilərinə aşiq olmuşam. Filmi izlədiyimdən bəri əlaqəsiz bir şəkildə Annie Lennox'ın "I Put A Spell On You" mahnısını dinləyirəm, çox gözəldi! Bundan əlavə aktyorlar kitabın qəhrəmanlarına çox uyğun gəlir. Özəlliklə Anastasia rolunu canlandıran Dakota Johnson.. Onsuz ki, Jamie Dornan seçildiyi andan etibarən qəlbimi fəth etmişdi. :)

Film haqqındakı düşüncələrim bu şəkildədir. Kitabı oxumayıb bəyənən və bəyənməyənlərdə ola bilər. Aranızda fərqli düşünənlər varsa fikirlərinizi oxumaq istəyərəm. :)

Sunday, April 12, 2015

Now is Good

Salam dostlar, bugün bir az ürəyim sıxıldığı üçün blogda paylaşacaq bir şeylər axtardım. Sonra, aylar öncə bir dostumun tövsiyəsi ilə izlədiyim Now is Good filmi ilə bağlı düşüncələrimi paylaşmaq ağlıma gəldi.. İlk olarak filmin senarisinin Jenny Downham'ın 'Before I Die' kitabından götürüldüyünü qeyd edim. Bəlkə aranızda ilk olaraq kitabı oxumaq istəyənlər oldu. :) 

Mövzusu

Tessa Scott gördüyü 4 illik kemoterapiya müalicəsindən uğur əldə etmədiyi üçün qalan zamanını ən yaxşı şəkildə keçirə bilmək üçün,  ümumi müayinə xaricində xəstəxana ilə əlaqəsini tamamilə kəsir.

İndi qalan zamanını ən yaxşı şəkildə dəyərləndirməli və ölmədən öncə etmək istədiyi hər şeyi həyata keçirməlidir.

Filmə ilk başlayanda mövzusu haqqında heç bir fikrim olmadığı üçün "bütün film belə gedəcəksə izləməyə dəyməz" deyə düşünmüşdüm. Halbuki heç əlaqəsi yox imiş! Filmin sonunda gözyaşları içərisindəydim. Mövzu bu tip filmlər və kitaplar olanda inanılmaz sulugöz oluram. Sonra "yox mən heç ağlamadım, yox çox böyüdürsən falan deyə gəlməyin üstümə. Xasiyyət məsələsidi... :)

Filmdə məni duyğulandıran çox səhnə vardı, amma bunlardan birini sizinlə paylaşmasam içim heç cür rahat etməz. Tessanın kiçik qardaşının, ailədəki hər kəs oturub bir şeylər yeyərkən sanki bacısı gəzməyə gedəcəkmiş kimi öləcəyindən bəhs etməsi və ardından arsız arsız "bacım öləndən sonra otağına mən keçə bilərəm mi" demesi məni inanılmaz dərəcədə duyğulandırmışdı.

Nəticə olaraq deyəcəyim odur ki,  romantik-dram-trajedi filan sevirsinizsə bu filmi mütləq izləyin. "Aynı Yıldızın Altında"  nı sevirsinizsə də izləyə bilərsiniz, çünki 'bir az ' bənzəyirlər. :) Nəysə mənim ürəyimin sıxılmağı keçdi, ona görə burada bitirə bilərəm yazımı..) Bir sonraki yazıda görüşənədək.. :) <3

Friday, February 27, 2015

Marilyn Monroe - Və Tanrı Qadını Yaratdı!...

Marilyn mənim üçün çox özəl bir qadındır. Məhz buna görə onun həyatı haqqında sənədli film izləməyi çox istəyirdim. Film saytlarında nə zaman bioqrafi kateqoriyasına gəlsəm, "görəsən bu dəfə izləsəm mi" dediyim bir filmdi. Amma heç cür qismət olmamışdı. Qismət bugünəymiş... :)

"Sevgili Marilyn" filmini izlədikdən sonra Marilyn heyranlığım daha çox artdı. Mövzu Marilyn kimi görünə bilər ama hamımız özümüzə aid bir şeylər tapa bilərik onun həyatında. Çətin keçən uşaqlıq, travmalar, özünü xilas etmə çabası və s.. Marilyn Monroe ismi tələffüz edildiyində çoxumuzun ağlına bu məşhur şəkli və bəyaz paltarı gəlir. Qeyd edim ki, bu paltarı Marilyn Monroe 1955 ildə çəkildiyi “The Seven Year Itch” filmində geyinmişdi.


Şəkillərinə baxarkən hər zaman iki şey diqqətimi çəkir; seksiliyi və hüzünlü baxışları. Bir tərəfi təhrikedici olan bu qadının digər tərəfi uşaqlığında başına gələn acı hadisələri yansıdır. Bəlkə də bu səbəbdən bir çox qadının idealı, bir çox insanın xəyallarının qadınıdır...O kədərli olduğu zamanlarda belə necə xoşbəxt olunacağını bilən bir qadındı. Və bilirsiniz bu çox önəmli bir bilgidir. Әslində nə qədər təbii , çalışqan və ağıllı bir qadındı. Sadəcə uşaqlığının hüznü həmişə içində idi. Həyatı boyunca sadəcə sevilmək istədi və bunu dilə gətirməkdən heç çəkinmədi.  “İyi biriyim ama melek değilim. Günaha girdiğim olur ama şeytan değilim. Ben yalnızca bu koskoca dünyada sevecek birilerini arayan küçük bir kızım” deyərək sevgiyə aclığını açıq-aydın vurğulamışdı.

Həyatı boyunca mübarizə aparıb, hər şeyi əldə etdikdən sonra kariyerasının zirvəsində aramızdan öz istəyi ilə ayrılan ( ki, mənim buna heç inanmağım gəlmir ) Monroe ağıllarda o bəyaz, uçuşan paltarının içində bizlərə gülümsəyərkən qalacaq.

"Sevgili Marilyn" filmini mən çox bəyənərək izlədim. " Görəsən izləsəm mi?.." deyə bu yazını oxuyursunuzsa heç tərəddüt etməyin deyərəm..