Saturday, November 21, 2015

Mr Robot sezonunu bağlı elan edirəm..

Mr Robot sezonunu bağlı elan edirəm..  Bu münasibetle film haqqındakı fikirlerimi bölüşmesem olmaz..) 

Yeni nəsil "hack" serialı olan Mr. Robotun, an etibarilə Imdb'dəkı balı 9,0-dır... Rəsmi olaraq 24 İyun 2015 tarixində başlayan serialımız 26 Avqust 2015 tarixində 10 cu bölümü də yayımlanandan sonra ilk mövsümünü bağlamışdır. Yəni əgər hələ də izləməmisinizsə, Mr. Robot'un hack dünyasına girmək üçün gecikmiş sayılmazsınız. (Usa Network kanalında yayımlanan serialın,  2 ci mövsümünün çəkilişləri üçün başlandığını da qeyd etməsəm olmaz.)

Mr. Robot, Sam Esmail tərəfindən yazılmış bir psixoloji gərginlik-dram serialıdır. Serial olduqca sürətli bir şəkildə ən çox izlənilən seriallar arasına adını yazdırmışdır. Bunda isə müasir cəmiyyəti tənqid etməsi və informasiya dünyası ilə əlaqədar olmasının payı böyükdür. Eyni zamanda serial bizə New Yorkun o biri üzünü də göstərərək digər seriallardan ayrılıb özünə qəlbimizdə ayrı bir yer qazandırır.

Serialda Elliot adlı əsas qəhrəmanımız hacker və siber təhlükəsizlik mühəndisidir. Lakin Elliot eyni zamanda bir kompüter piratıdır və fsociety adlı qrupla birlikdə dünyanı xilas etmək kimi planları vardır. Digər çəkici tərəfi isə sistemi tənqid etməsidir..

Belə təhlükəli sularda üzən bir serialın ictimai mediada tənqidlər alması da qaçınılmazdır əlbəttə ki... Çox sevənləri olduğu kimi, tənqid edənləri (amma bu tənqidləri əsla tam haqsız saymıram) də mövcuddur. Bunların ən başında; "Madam ki, sistemi tənqid edir, sistem necə və niyə bu seriala təsdiq verə bilir, yoxsa bilə-bilə bu cür edərək, əslində serialla içimizdəki fəal ruhun qazını alıb, yuxumuza qaldığımız yerdən davam etməyimizi təmin edib, sağ göstərərkən, sol mu vururlar? "şəklindəki baxış bucağı yer alır. Bunları da artıq serialı izləyib özünüz qərar verərsiniz.. Və serialı sevsəniz, serialın atmosferini serialın xaricində də yaşamaq üçün özünə uyğun bir quruluşda yaradılmış olan saytına( www.whoismrrobot.com ) girib hack dünyasındakı səyahətinizə başlaya bilərsiniz. 

No comments:

Post a Comment