Showing posts with label Oxuduqlarım. Show all posts
Showing posts with label Oxuduqlarım. Show all posts

Saturday, November 21, 2015

Lev Tolstoy - Anna Karenina

Açıqcası özümdə bir dünya klasikkini tənqid edəcək səlahiyyəti görmürəm. Amma Lev Tolstoyun "Anna Karenina" kitabı haqqındakı fikirlərimi paylaşmaq istədim. Kitaba başlamazdan əvvəl qalınlığı olduqca gözümü qorxutmuşdu lakin öz istəyimlə tam versiyasını oxumağı seçmişdim. Karenina oxuduğum əvvəlki klassik bestseller'lər kimi deyildi oxuduqlarımdan çox fərqli idi. Kitab mənim çox vaxtımı aldı, uzun zaman ərzində bitirdim.. Bunu sevsəm digər klassiklərdən də ard-arda oxuyaram deyə düşünürdüm lakin bu sıralar elə bir şey etməyi düşünmürəm bu mənə kifayət etdi. Kitabı oxuyarkən "Bu necə xəyal gücüdür? Bir insan bunu yazarkən ömrü bitər. " deyə düşündüm. 

855 səhifə boyunca, heç bezmədim desəm yalan olar... Düzdü tez sürətli oxuyub keçdiyim yerlər də oldu, günlərlə üstündə qaldığım yerlərdə.. Amma ümumiyyətlə haqqını verərək oxumağa çalışdım.Kitabın qəhrəmanları unudulmaz idi. Heç bir kitabda bu qədər möhkəm qəhrəmanlar oxumamışdım. Kitab bitdikdən sonra filmini axtardım, digər blogger'ların şərhlərinə baxdım. Tolstoyu araşdırdım. Və Tolstoyun Levin adlı qəhrəmanını özünə bənzətdiyinin fərqinə vardım. Ad bənzərlikləri belə var. Kitabda çox qəhrəman vardı istər istəməz qarışdırdıqlarım oldu. Adları da çox fərqli olduğu üçün bir az çətinlik çəkdim. Amma müasir tərcümə məni çox sevindirdi və çox bəyəndim. Sevdiyim bir roman deyildi. Böyük ehtimalla mənim tərzim olmadığından... Amma Annanın duyğularının canlılığı, xüsusilə oğlu ilə yaşadığı qarşılaşma səhnəsi və Wronsky'nin eşqindən şübhə edərkən çəkdiyi ağrının anlatılışı məni çox təsirləndirdi. Kitab o qədər ağıllıca yazılmış, üstündə o qədər düşünülmüşdü ki, hadisələrin bir-birinə bağlanma şəklinə çox təəccübləndim.. Sevə bilməsəm də bəyəndiyim bir roman idi, hətta bəzi səhnələrdə ağzım beş qarış açıq qaldı amma kitab o qədər yavaş irəlilədi ki, bir sonrakı səhifəni oxumaq üçün səbrsizlənmirdim..

Saturday, July 11, 2015

Jojo Moyes - Senden Önce Ben

Kitabın qapağındakı "Eşq vardır, ona inanmaqdan vaz keçmə" yazısını ilk oxuduğum zaman, çox fərqli hekayə ilə qarşılacağımı təxmin etmişdim, ancaq bir yazarın insanın belə gözəl bir hekayəylə içini isidə biləcəyini, kitab bitdikdən sonra qapaqdakı o yazıya yenidən baxma ehtiyacı duyacağını təxmin etmirdim .

Əlbəttə bunu indi, hələ içindən xilas ola bilmədiyim bir duyğu qarmaşasıyla yazıram. Kitabın az qala son yüz səhifəsindəki bütün cümlələri, içimdə bir yerdə, bir şeylərin düzəlməz şəkildə yandığını hissədə hissədə oxuduğumda və özümü kitabın hər iki qəhrəmanının yerinə qoyduğumda da, yəqin ki, onların yerində mən də olsaydım mənim edəcəyimin də çox fərqli olmadığının fərqindəydim.

Bəlkə də bu həqiqət mənə bu qədər təsir etdi, bilmirəm...
İnsan heç yaşamadığı bir hadisəni necə hər cümlədə özündən bir şeylər varmış kimi oxuya bilər?.. onu da bilmirəm... Yəqin əsl nöqtə bu deyildi, yəqin mən oxuyarkən yaşadığımı hiss etmişdim. Və ilk dəfə bu kitabda oldu bu.
Belə ki, o son bir neçə səhifəni oxuyarkən, gecənin bir yarısı hıçqırdığımı heç kimsə eşitməsin deyə əlimi ağzımın üstünə bağlamaq məcburiyyətində qalmışdım...

İnsan yaşamadığı şeylərə asan asan inana bilmir. Mənim bir çox dəfə oxuduğum və yaxud başqalarından eşitdiyim ancaq 'o necə olur' deyə həqiqətini sorğuladığım bir vəziyyət var idi: kitabı oxuyarkən boğazda yumruq hiss etmək... Necə olduğunu, ilk dəfə bu kitabda hiss etdim. Cümlələri kəsik kəsik oxumağıma səbəb olan o şey, həqiqətən də olurmuş...

Hər nəysə ... Nəticə etibarilə, başda kədər və xoşbəxtlik olmaqla, mənə bir çox şey hiss etdirən, bu roman sadə bir eşq hekayəsindən daha çox bir romandı...

Mən bu kitabın hər kəsə bir şeylər qata biləcəyini düşünürəm ..

Friday, June 5, 2015

Waris Dirie - Səhra çiçəyi

Üç yaşında balaca bir qız uşağıykən bir sabah ananız sizi tez-tələsik yuxadan oyandırıb, evdən çox uzaqda kimsənin olmadığı bir əraziyə aparır. Qəddar simalı yaşlı bir qadınla görüşür, qadın pis boxçasından paslı bir jilet ya da qırıq şüşə parçası çıxarır. Ananız ayaqlarınızdan tutur və sünnətçi qadın klitorisinizi kəsib, sadəcə idrarınızı edə biləcəyiniz şəkildə bir kibrit ucu qədər açıqlıq buraxaraq vaginanızı boydan boya həsir bir iplə tikir. Şanslısınızsa, həyatda qalırsınız. Әgər deyilsinizsə, qan itkisindən və ya infeksiya nəticəsində ölürsünüz.

Afrika’da qadın olmaq üçün bir əvəz ödəməyiniz lazımdır. Heç bir şeyden xəbərinizin olmadığı və savannalarda heyvanlarla oynayaraq keçirdiyiniz xoşbəxt uşaqlığınızın ortasında sizi heç istəməyəcəyiniz bir acıya və həyatınızın sonuna qədər daşıyacağınız bir yaraya məhkum edirlər. Qadın(!) olmaq üçün qadınlığınız əlinizdən alırlar.

Afrika’da və bəzi Müsəlman ölkələrində hər il 3 ilə 12 yaş arasında milyonlarca körpə qız uşağı bu vəhşətə məruz qalır. Adətən müsəlman Afrika ölkələrində rast gəlinən bu adət, qızlıqdan qadınlığa keçmənin və həqiqi bir qadın olmanın dəyişməz şərtidir. Onlar üçün sünnətli qadın bəkarətin simvoludur. Kişilər, toydan sonrakı ilk gecədə yoldaşı ilə cinsi elaqəyə girmək üçün əlindəki bir bıçaqla həmin tikişləri kəsir və genişlədir.

Sünnətli qadınlar, həyatları boyunca regl dönəmlərində və cinsi əlaqə sırasında çox dəhşətli ağrılar çəkir. Sünnətsiz qadınlar isə qəbilələrinə və soyadlarına xəyanət etmiş sayılırlar, dolayısıyla ailə tərəfindən rədd edilirlər. Onlar fahişə statusunda qəbul edildikləri üçün əsla evlənəbilmirlər və hər cür sosial qrupdan kənarda qalırlar. Bu vəziyyətə düşməkdən və ‘kirli’ adlandırılmaqdansa yüz illərdir analar, öz əlləriylə körpə qızlarının çığırtılarını duymazdan gələrək onları sünnət etdirirlər. Namuslu bir qadın olabilmələri üçün..

Yaxşı bəs qadınların sünnət edilməsinin bu səbəblərinin yanında sosial səbəbləri də var mı? Təbii ki var.. Sünnətli qadınlar, klitorisləri olmadığı üçün heç bir zaman həzz duya bilmir. Bu da qadını cinsi baxımdan bir heç edir və sadəcə uşaq dünyaya gətirən bir maşına çevirir. Yüz illərdir var olan bu adətin İslam’la heç bir əlaqəsinin olmadığını söyləyən din adamlarına rəğmən, hər il 8 min qız uşağı sünnət edilir.

Daha əvvəl universitetdə Biologiya müəllimimizdən qadınlara sünnət edildiyini eşitmişdim amma sadəcə qadınların cinsi həzz duymasının qarşısını almaq üçün sadəcə klitorislərinin kəsildiyini sanırdım. Bunun necə bir vəhşət olduğunu olduğunu bu kitabdan öyrəndim. İnternetdə də bir az bu mövzuda araşdırma etdim və gördüyüm gerçəklərə inana bilmədim... 

Waris Dirie, o qızlardan sadəcə biridir. Somalili Waris, 3 yaşında sünnət edilməyinə rəğmən həyatda qalmağı bacaran şanslı qızlardandır. Amma kiçik bacısı onun qədər şanslı deyildi. 12 yaşında atası tərəfindən 3 dəvə qarşılığında 65 yaşında bir adamla evləndirilmək istənilincə anasının yardımıyla evdən qaçır. Günlərcə yol gedir, səhranı keçir və Somali’nin paytaxtı Mogadişu’ya çatır. Mogadişu’dakı qohumları sayəsində Somali Konsulluğunda xidmətçi olaraq çalışmaq üçün İngiltərəyə gedir. Orada çox məhşur bir fotoqraf tərəfindən kəşf edilən Waris Dirie, uğurlu bir top model olmağı bacarır. Amma bu onu xoşbəxt edə bilmir. Waris, artıq ‘Afrika səhrasından Paris podyumlarına’ başlıqlı reportajlar vermək istəmir. Danışmaq istəyir, qadın sünnətindən bəhs etmək, bütün dünyaya bağırmaq və bununla savaşmaq istəyir. Bir gün bir jurnala verdiyi bir reportajda başına gələnləri nəql edir. Çox böyük yanğı oyandıran reportaj sayəsində hər kəsin Waris’in və milyonlarca Afrikalı qadının məruz qaldığı bu vəhşətdən xəbəri olur. Daha sonra Waris, 1997- ci ildə BMT tərəfindən Qadın Sünnəti Özəl Elçisi olaraq seçilir. 2002-ci ildə isə Desert Flower Foundation’ı qurur. Waris Dirie’nin eyni zamanda öz yaşam hekayəsini anlatdığı 3 kitabı və bir də Çöl Çiçeği adlı kitabından ilhamlanaraq bəyaz pərdəyə daşınan, eyni adlı bir filmi var.

Әvvəlcə kitabını oxuyun, sonra da filmini izləyin...Hətta kitabı verin yoldaşınız, dostunuz, rəfiqəniz də oxusun...

Sunday, May 3, 2015

Napoleon Hill - DÜŞÜN VƏ VARLAN

Nəhayət ki, "Düşün və Varlan" kitabını oxuyaraq biznes və uğur kitablarına başladım.. Bu kitablardan sonra varlı olsam söz verirəm nəticəni bura yazacam... :) Napoleon Hill, Düşün və Varlan'ı 1937-ci ildə Henry Ford, Thomas Edison kimi bir çox tanınmış insanın uğur hekayələrini 25 il tədqiq etdikdən sonra yazmışdır. Dünyanın ən çox satılan kitablarından olan Düşün və Varlan kitabında 13 addımlıq  formul ilə uğura gedən yoldan bəhs olunur.

Amerikalı yazar Napoleon Hill təxminən bir əsr öncə yazdığı kitabla bu mövzulu fərdi inkişaf kitabları arasında bir ilkə imza atmışdır. Bu kitabdan sonra yazılan fərdi inkişaf kitabları isə mövzu baxımından bu kitabdan ilham almışdır. Think and Grow Rich yəni Düşün və Varlan isimli əsərində günümüzdə də keçərli olan uğursuzluğun səbəblərini tək tək sıralamışdır..

Yazara görə əsas məsələ bunları sıralamaqda deyil təbii ki, əsas olan qüsurları ilk olaraq beynimizdə, şüur altımızda həll etməkdir... Uğurun səbəblərindən öncə kitabdan seçdiyim uğursuzluğun səbəbləri tərəfimdən sizlərə təqdim olunur. :))

1. Arzuolunmayan irsiyyət: Çox az faiz insanlar var ki, beyin qüsurları ilə anadan olurlar. Beləcə, onların əqli qabiliyyətləri uğurlu karyera qurmağa maneçilik törədir.

2. Məqsədin yoxluğu: Heç bir, hətta ən qabiliyyətli və istedadlı insan həyatda müəyyən məqsədi yoxdursa, uğura bel bağlaya bilməz.

3. Ambisiyaların yoxluğu: Şöhrətpərəstlik - güclü stimuldur və əgər sizdə bu keyfiyyət yoxdursa, nəyəsə nail olacağınız böyük sual altındadır.

4. Təhsilin azlığı: Bu maneəni asanlıqla aşmaq mümkündür ( və aşılmalıdır da!..)

5. Şəxsi intizamın çatışmazlığı: Әgər özünüzü ələ almağı bacarmırsınızsa, bunu sizin əvəzinizdə başqaları edəcək.

6. Sağlamlıq: Әgər xəstəsinizsə heç bir uğur, heç bir pul sizi sevindirməyəcək.

7. Çətin uşaqlıq: "Әgər qələmi əyri basdırsanız, ondan düz ağac bitməyəcək"

8. Ləngitmə: Bu uğursuzluğun ən geniş yayılmış səbəblərindən biridir.

9. İnadkarlığın azlığı: Әvvəldə hər kəs enerji və nikbinliklə silahlanır, lakin çoxları ilk uğursuzluql qarşılaşan kimi əllərini işdən soyutmağa meyillidirlər.

10. Aravuran xasiyyət: Uğur yalnız başqaları ilə dil tapmağı bacaran insanları izləyir. Pis xasiyyətli birisi ilə əməkdaşlıq etmək çətin məsələdir.

11. Seksual xoşagəlimliliyin azlığı, ya da onu idarə edə bilməmək: Seksual enerjinin transformasiyası, ya da Sublimasiya - istənilən məqsəd üçün istifadə edilə biləcək güclü hərəkətvericidir.

12. Azart və yüngül yolla pul əldə etmək arzusu: Oyuna ehtiras və çoxlu pul qazanmaq həvəsi milyonlarla insanı faciəli vəziyyətə salıb.

13. Qətiyyətsizlik: Qətiyyətsizlik və ləngitmə - eyni bağın məhsuludur. Әgər birisi işlərini "arxa yeşiyə" atırsa, deməli, o qətiyyətsizdir.

14. Qorxu: İnsanları tez-tez irəliləməyə qoymayan amillərdən biri də qorxudur.

15. Uğursuz nigah: Әrlə- arvad arasındakı münasibət insanın sosial həytüatında güclü iz buraxır və karyerasına mənfi təsir göstərir.

16. Həddən ziyadə ehtiyatlılıq: İstənilən işdə riskdən bir pay olmalıdır.

17. Biznes üzrə partnyorları və ya əməkdaşları düzgün seçməmək:

18. Mövhumat və yalnış fikir:

19. Ürəyincə olmayan iş: Heç kəs istəmədiyi işdə müvəffəqiyyət qazana bilməz.

20. Fikrini bir yöndə cəmləyə bilməmək:

21. Öz xərclərinizə nəzarət edə bilməmək:

22. Ruh yüksəkliyinin azlığı: Әgər öz işinizdə maraqlımolmayacaqsınızsa başqasını cəlb edə bilməyəcəksiniz.

23. Səbirsizlik: Bu xüsusiyyət insanın inkişafdan dayandığına işarə edir.

24. Nəfsini saxlamamaq: Acgözlülük, alkoqolizm, narkomanlıq, seksual əxlaqsızlıq insanın mahiyyətini yeyir.

25. Әməkdaşlıq edə bilməmək: Tək əldən səs çıxmaz.

26. Qazanılmamış sərvət: Bu var-dövləti özü qazanmayan şəxslərə aiddir.( məsələn, varlı valideynin varisləri)

27. Fırıldaqçılıq:

28. Lovğalıq və şöhrətpərəstlik:

29. Faktlar əvəzinə ehtimallar: Məlumatı toplamaq və faktları analiz etməyə tənbəllik göstərmək müvəffəqiyyətsizliyə gətirib çıxarır.

30. İlkin kapitalın yoxluğu: Әgər öz şəxsi biznesinizi açmaq üçün lazımi qədər kapitalınız yoxdursa, bir müddət başqa sahibkara işləyə bilərsiniz.

Monday, April 20, 2015

Sabahattin Ali - Xəz Paltolu Madonna

Demək olar ki, bir çox kitab mağazasında ən çox satılanlar siyahısında olan "Kürk Mantolu Madonna" kitabı məncə sizin də diqqətinizi çəkməmiş deyildir... Kitabı uzun zamandır oxumaq istəyirdim. Amma hər dəfə başqa kitablar sıraya girdiyindən bu kitab hər zaman unudulurdu. Robin Sharmanın kitabı bitdikdən sonra "görəsən hansı kitabı oxuyum" deyə düşünürdüm ki, bu kitabı oxumağa qərar verdim. Doğrudur, "Ferrarisini satmış rahib" kitabından sonra "Kürk mantolu madonnaya" keçişim, bir az sərt oldu..)) Çünki hər iki kitab həm janr, həm də yazarların düşüncəsi baxımından çox fərqlidir. Amma olsun.. Mən yenə də çox sevdim.. Nəysə sözü çox uzatmadan kitab haqqında bir az məlumat verim.. :) 

Kitabdakı əsas hadisələr, baş qəhrəmanın bir rəsm sərgisində "Kürk Mantolu Madonna" isimli tabloya heyran olması ilə başlayır.  Kitabımızın qəhrəmanları Maria Puder ve Raif Beydi. Raif bəy içinə qapanıq və ətrafında baş verən hadisələrlə bütün bağını qoparmış bir bəydir.  Hansi ki, öz içində yaşayan səssiz tiplər var ha, baxın Raif Efendi eynən bu şəkildə bir xarakterə sahib insandı. Maria Puder isə kişilərlə arası heç bir zaman yaxşı olamamış, onlara çox güvənməyən, azadlığına düşkün bir qadındır. Kitabda bu ikili arasında olan münasibət anladılır.. 

Mütləq oxunması vacib olan bir kitab deyə yərlərə, göylərə sığdırılmayan bu kitab həqiqətən haqqında deyilən bütün təriflərə layiqdir. Mən kitabı çox bəyənərək oxudum. Ancaq kitabın ilk bölümlərində Raif bəyin bu içinə qapanıqlığı və hər şeydən çəkinməsi bəzən həqiqətən əsəblərimi pozdu :)

Hər insanın bir hekayəsi vardır kimisi xoşbəxt sonla bitir, kimisi hüzünlə...Raif bəyin hekayəsi sizi çox təəccübləndirsə də hekayənin sonunu öyrənmək üçün bir nəfəsdə əlfəcinə belə ehtiyac duymadan oxumağa davam edəcəksiniz. 
Kitabı oxuduqdan sonra susqun olan insanların həyatları daha çox marağıma səbəb oldu. Daha əvvəllər bilməzdim susan hər insanın qiymətli hekayəsinin ola biləcəyini... İndi daha diqqətliyəm ətrafımdakı hər kəsə qarşı.. 

Saturday, April 18, 2015

Ferrarisini satmış rahib-R.Şarma

Yaşamımın sıxıntılı bir dönəmində, bir dostumun məsləhəti ilə, mənə pozitiv enerji verən bir kitab oxudum.. Bu Robin Sharma’nın "Ferrarisini Satan Bilge"  kitabıdır.

Kitab; 2005 ci ildə nəşr olunmuş və 199 səhifədən ibarətdir. 40 yaşındakı yazar Robin Sharma’nın bu kitabdan əlavə liderlik və şəxsi inkişaf mövzusanda 7 kitabı var.. :) Eyni zamanda hüquqşünas olan Sharma, liderlik və idarəetmə sahəsində təhsil verən beynəlxalq liderlik şirkətinə rəhbərlik edir.. 

Kitabda canlı, yaradıcı və doyurucu bir yaşam üçün əqli, fiziki və ruhsal çalışmalara dair çox dəyərli məlumatlar verilir. 

Kitabda Ferrarisini satan rahib olaraq anladılan Julian, ölkənin ən tanınmış hüquqşünasıdır. Çox insanın xəyal edə biləcəyi hər şeyi əldə etmişdir; şöhrəti, milyon dollarlıq bank hesabları, yaşadığı şəhərin ən bahalı yerində möhtəşəm bir malikanəsi, tropik bir adası və ferrari marka avtomobili var.

Julian 18 saat çalışan, ailə əlaqələri pozulmuş, 50 yaşı olmasına rəğmən daha yaşlı görünən biridir. Bir məhkəmə əsnasında infarkt keçirdikdən sonra Hindistana səyahət etmək qərarına gəlir. Buna görə işinə son verir, malikanəsini, adasını, hətta çox sevdiyi Ferrari’sini belə satır.

Üç il sonra əqli və fiziki cəhətdən inanılmaz bir dəyişim keçirən geri dönən Julian; Himalayaların ətəklərindəki Sivana “aydınlanma vahası”nda yaşayan Hind yogilərdən öyrəndiyi “aydınlanmış yaşamın qədim sirlərini" bütün kitab boyunca ən yaxın dostu ilə paylaşır.

Kitabda oxuyucuya verilmək istənən ana düşüncə; həyatımızda maddi dəyərləri ön planda tutaraq əslində bizim üçün önəmli olan mənəvi dəyərlərin ,ailəmizin, sevdiklərimizin dəyərini bilərək anı yaşamaqdır.. 

Gerçək dünyadakı BİZLӘR yaşamı dolu dolu yaşamaq üçün ikinci bir şansa sahib deyilik. Ona görə, bugün çox gec olmadan gözlərimizi açaraq bizə verilən şansı doya doya istifadə etməliyik. Yaşamımıza məna qatan insanlara daha çox zaman ayırmalıyıq. Hər anımızı özəl yaşamalıyıq. Uzun sözün qısası kitabda deyildiyi kimi ruhumuzu canlandırmalı və onunla maraqlanmalıyıq... Bu, aydınlanmaya gedən yoldur…

Thursday, February 12, 2015

Harper Lee - Bülbülü Öldürmək

Bu dəfə yazıma bir etirafla başlayım.Hər daim "entelim de entelim" deyə keçinən mən, kitabsevərlər qrupu tərəfindən Bülbülü Öldürmək yenidən nəşr olunan zaman 'Allah Allah, niyə mən daha əvvəl heç eşitməmişəm ki bunu' deyə təccüblənmişdim. Amma daha sonra gedib də nədir, nə deyildir deyə elə də araşdırmamışdım açıqcası. Sonra  irəliləyən zamanlarda bir şəkildə fərqinə vardım ki,  (necə olduğunu indi xatırlamadım) Bülbülü Öldürmək kitabını əldə edib oxumalıyam..))

Kitab haqqındakı şərhimə keçmədən əvvəl bir şey söyləyim : Kitabın orijinal adı "To Kill A Mockingbird"-dir. Mockingbird'ün mənası isə bülbül deyil "alaycı quş"deməkdir. Həmin quş haqqında wikipediadan axtarıb ətraflı oxuya bilərsiz..) Kitabın tərcüməsinə aldanıb da yanlış bir şey öyrənməyinizi istəmərəm. Kitabın orijinal adının belə qətlə yetirilməsinə ürəyim əl vermədi çünki bu ad kitabın açar nöqtələrindən biridir. Buna görə dedim ki, belə qısa bir məlumatlandırma edim. Yenə də "Shoot all the blue jays you want, if you can hit 'em, but remember it's a sin to kill a mockingbird." deyə bu statı azərbaycanca səsli söyləyincə bülbül yerinə "alaycı quş" demək elə də gözəl gəlmir qulağa doğruya doğru. ;) 

Bu kitab əslində çox da mən burada izah edim siz də gedib bir oxuyun tərzində möhtəşəm bir kitab deyil. (təbii ki, mənə görə) Bəlkə də kitabda olan dərinliyi mən anlaya bilmədim. 

Kitab Cin Luize isimli kiçik bir qızın dili ilə yazılmış və əslində yazarı Harper Lee'nin 1936 ilində yaşadığı bir hadisədən ilhamlanmışdır. Bu arada Harper Lee bir qadındır, adına aldanıb da kişi sanmayın. :)) Bu səhvi mən etdim siz etməyin! Hadisələr kiçik bir qızın gözündən anladıldığı üçün biraz sadədir. Vəkil Atticus'un kiçik qızı Cin və ondan biraz böyük oğlu Cim'in uşaqlıq oyunları, yay tətilləri, sirli qonşularına qarşı duyduqları maraq...Bu şəkilde bir uşaq kitabıdır, hətta sirli qonşunun işin içinə girməsi ilə uşaq-qorxu kitabı kimi başlıyır. Kitab iki qismə ayrılmış kimidir, ilk bölümündə Cin ilə qardaşı Cim'in məhələlərindəki Boo Radley adında evindən heç çıxmayan bir adam ilə bağlı maraqlarını, düşüncələrini oxuyursunuz. İkinci qisimsə, hə baxın burası artıq bir az maraqlıdır. Bu bölümdə ataları Atticus Finch'in vəkilliyini üstləndiyi məsum bir zəncinin məhkəmə prosesi boyunca yaşadıqlarına şahid olursunuz. 

Bu kitabda bir uşağın tərbiyəsinə, başqalarının dediklərinə əhəmiyyət verməyən sonuna qədər öz inandıqlarını həyatının fəlsəfəsi olaraq müəyyənləşdirən bir adamın mübarizəsinə, insanların ədalətsizliyinə şahid olursunuz. Bəlkə bir uşağın ağzından yazıldığı üçün kitabın məsum bir terefi var amma belə  düşününcə kitabı sevmədiyimin fərqinə varıram..) 

Monday, February 2, 2015

Khaled Hosseini - Uçurtma Avcısı

Әslində bu kitabı yeni oxumamışam; hətta üstündən təxminən 8 ay keçib. Amma nə zaman oturub bunun haqqında iki sətir yazım desəm, bacara bilmədim, əlim getmədi düymələrə.. Bu kitabı sevirəm amma sadəcə tək bir dəfə oxumaq şərtiylə; oxuduğum gündən bəri bir daha baxa bilməmişəm bu kitaba, hər gördüyümdə üzümü çevirmişəm.. Sadəcə “Uçurtma Avcısı” gözəl və acı bir kitabdır deyən quru bir şərhlə üstünü örtməyi daha uyğun görmüşəm. Bu kitabı oxuduğum axşamı, çox yaxşı xatırlayıram bütün gecə yatağımın içində dönüb durmuş, pis-pis yuxular görmüşdüm. Vicdanım o qədər narahat olmuşdu ki, bir ara “kaşki oxumasaydım” belə demişdim..

Bu kitab iki dostun hekayəsini izah edir..; Әfqanıstan’ın Ruslar tərəfindən işğal edilmədiyi dövrlərdə doğulub böyümüş, birlikdə “qardaş” olmuş iki dost. Biri Әmir; şəhərin öndə gələn zənginlərindən birinin oğlu, digəri isə Həsən; onların xidmətçilərinin oğlu.. Aralarında belə bir fərq olmasına rəğmən, birlikdə böyüyüblər və hər şeyi birlikdə edirlər..

Həsən, Әmir’ə çox bağlıdı; onun üçün hər şeyi edə biləcək bir bağlılıq var onun içində. Amma təəsüf ki, bu iki dostun gözəl keçən uşaqlıq illəri, kitabın böyük bir bölümünü əhatə etmir; ayrılan yolları müharibə ilə birlikdə daha çox dərinləşir. Әmir və atası ölkəni tərk edərək Amerika’ya yerləşir.. İllər sonra Әmir’ə bir xəbər gəlir; “Həsən'in oğlu Talibanlılar’ın əlindədir və o xilas olunmalıdır”.. İndi çox şeyi izah etmədən keçdiyimin fərqindəyəm; amma Әmir üçün güvənli bir ölkədən Taliban idarəsi altındakı təhlükəli bir ölkəyə getməyin; öz həyatı daxil bir çox şeyi riskə atmağın nə demək olduğunu siz təxmin edin.. Amma onun da Həsən'ə  ödənməsi vacib olan bir borcu var..

Kitab, bu hekayə üzərindən bizlərə, əslində tam dibimizdə olan amma gözlərimizi bağlayıb görmək istəmədiyimiz bir  acını göstərir.. Әmir’in gözlərindən, Həsən’in və oğlunun dramından gözəl bir ölkənin petrol uğruna öncə Rus’lar tərəfindən, sonrada onları ölkədən kənarlaşdıraraq idarəni öz əlinə almış Taliban tərəfindən cəhənnəmə çevrilişini; bu müddətdə onlarca məsum insanın əzablarını görürük.. Və bunu izləyən bizlərdə narahat olmuş bir vicdanla oturduğumuz yerdə qıvranıb dururuq.. Anlaşıldığı kimi elə də çox iç açıcı bir kitab deyil, amma bir kərə oxunmuş olmasına rəğmən oxuyan hər kəsin içinə işləyə biləcək bir kitabdır..

Onu da qeyd edim ki, yazar Khaled Hosseini’nin “The Kite Runner” adlı kitabından yola çıxılaraq çəkilmiş bir film belə var.. Yazarın da uşaqlığı Әfqanıstan’da keçmiş,  sonrasında isə ailəsi ilə birlikdə Amerika’ya yerləşmişdir.. Bəlkə də o dövrü izah edərkən Әmir və Həsən üzərindən öz uşaqlığını da izah etmişdir..

Bu kitabla rastlaşdığınız an mütləq oxuyun.. Gec oldu amma sonunda bu kitab haqqında mən də iki sətir bir şey yaza bildim..

Sunday, February 1, 2015

Antoine de Saint-Exupery - Küçük Prens



Bir neçə il əvvəl kitab mağazalarından birinin rəfində görmüşdüm bu romanı. O zamanlar sıradan bir uşaq romanı olduğunu düşünmüşdüm, ancaq indi oxuduqdan sonra gördüm ki, həyat haqqında çox dərin mənalar daşıyır. Oxuyarkən səhifələrində suluboya rəsimlərin yer alması, Küçük Prens'in gördüklərini görmək çox gözəldir. Həyatımızın bir neçə saatını başqa bir planet də yaşıyırmışıq kimi hiss verir.

Antoine de Saint-Exupéry tərəfindən New York’da bir otel otağında yazılan "Küçük Prens" yayımlandığı gündən bu yana milyonlarca insanın qəlbini fəth etməyə davam edir.  Küçük Prens’in yaşadıqlarını anlayır, qırğınlıqlarına üzülür, söylədiklərinə haqq veririk. Planetindəki çiçəyi ilə anlaşa bilmədiyi üçün bir az uzaqlaşmağa qərar verən, səyahət zamanı  Dünya’ya da baş çəkən Küçük Prens Sahra Çölü’ndə bir pilotla qarşılaşır. Nəhayət bütün olan bitəni də bu pilot izah edir bizə. Kimdir Küçük Prens, niyə davamlı olaraq suallar verir, çiçəyi ilə niyə anlaşa bilməmişdir, getdiyi digər planetlərdə kimlərlə qarşılaşmışdır və nələr öyrənmişdir? Bu hekayəni dinlərkən Küçük Prens’in yaşadıqları və öyrəndikləri sayəsində həyatımıza təkrar baxırıq və  ‘nə qədər də böyüdüyümüzü” görürük. Küçük Prens’in də dediyi kimi “Büyüklere her şeyi açıklamak gerekir zaten.” (tanıtım yazısından)

Küçük Prens bir uşağın gözüylə böyüklərin qəribə davranışlarını şərh edir. Böyüklərin dünyasına bir də Küçük Prens'in gözündən baxmaq istəyənlər bu kitabı mütləq oxumalıdır. Uşaq kitabı kimi görünsə də, böyüklər üçün bir uşaq kitabıdır. Müəyyən qəliblərə sıxışıb qalmış; içindəki uşağı basdırmış, xəyallarını itirmiş, düşünməyi buraxıb əzbərə yaşayan  biz böyüklərə çox gözəl dərslər verir.

İçimdə bir yerlərdə gizlənmiş uşaq üçün darıxdığım anlarda təkrar oxuyacağım bir kitabım oldu.

Amma kitabı oxuyub bitirdikdən sonra onu bu qədər gec tanıdığım üçün peşman oldum.. Uşaqkən xatirələrimi bəzəsəydi kaşki. Olsun, mən elə də gec olduğunu düşünmürəm. Heç tanış olmaya da bilərdim.


Saturday, January 31, 2015

John Green - Aynı Yıldızın Altında

Aynı Yıldızın Altında kitabı, çıxdığı zaman o qədər çox səs gətirmişdi ki, bir çox oxuyucu kitabı ən qısa müddətdə əldə etmişdi. Sonunda mən də kitabı əldə etmək qərarına gəldim amma bir müddət bəzi səbəblərə görə, kitabı oxumağı bir az gözlətdim. Kitabı aldığımda rəfiqələrimin kitab haqqındakı fikirləri ilk olaraq belə oldu: "Biraz da sən ağla." Çox yaxşı rəfiqələrim var sağ olsunlar :3 Hər nə qədər "biraz da sən ağla" sözlərinə inad olaraq ağlamamağa qərar versəm də ağladım. Bəli, o qədər də duyğusuz deyilmişəm.. :)

Әslində mən ağladan filmləri/kitabları, izləyərkən/oxuyarkən gözlərim elədə çox dolmaz. Bu baxımdan Aynı Yıldızın Altında məni ən çox təəccübləndirən kitablardan biri oldu. Kitabı oxuduğum zaman boyunca gözlərim dolu doluydu. Bəzi anlarda isə üzümdə böyük bir gülümsəmə vardı. Kitabdakı qəhrəmanlar nələr hiss etdisə mən də hiss etdim.  Məhz buna görə John Green'in duyğuları oxucuya yansıtma bacarığını ayaqda alqışlayıram.

Kitabın qəhrəmanlarını qurğusundan daha çox sevdim, hamısı o qədər... özləri kimiydi ki. Fəqət özəlliklə Gus'un düşüncələri və dünyaya baxışı məni ovsunladı. Söylədiyi hər kəlimə, hər cümlə içimə işlədi. Kitabı bitirib, kənara qoyduqdan sonra dünyadakı hər şeyə çox fərqli baxdım. Etdiklərimi, düşüncələrimi sorğulamağa başladım. Kitabın təsirindən isə asan çıxa bilmədim.

Amma ən çox John Green'in üslubunu sevdim. Kitabı oxuyarkən çox zaman bütün bu qəhrəmanların, duyğuların və təəccüblü hadisələrin onun qələmindən çıxdığını unutdum.. Qurğusal bir roman oxuduğum halda kitab, olduqca gerçək idi. John Green,  Aynı Yıldızın Altında romanıyla sevimli yazarlarımdan biri oldu ^_^

Son olaraq bu kitab haqqında daha nə qədər gözəl şey söyləyə biləcəyimi bilmirəm amma məncə kompyuteri, telefonu kənara atıb bu kitabı oxumağa qaçmamın görüntüsünü buraya əlavə edə bilsəydim gözəl olardı. ;)

Әgər  kitabı oxumusunuzsa ya da oxumağı düşünürsünüzsə və ya kitab sizə ümümuiyyətlə maraqlı gəlmirsə...  fikirləriniz mənim üçün maraqlı olardı... :)