Kitab haqqındakı şərhimə keçmədən əvvəl bir şey söyləyim : Kitabın orijinal adı "To Kill A Mockingbird"-dir. Mockingbird'ün mənası isə bülbül deyil "alaycı quş"deməkdir. Həmin quş haqqında wikipediadan axtarıb ətraflı oxuya bilərsiz..) Kitabın tərcüməsinə aldanıb da yanlış bir şey öyrənməyinizi istəmərəm. Kitabın orijinal adının belə qətlə yetirilməsinə ürəyim əl vermədi çünki bu ad kitabın açar nöqtələrindən biridir. Buna görə dedim ki, belə qısa bir məlumatlandırma edim. Yenə də "Shoot all the blue jays you want, if you can hit 'em, but remember it's a sin to kill a mockingbird." deyə bu statı azərbaycanca səsli söyləyincə bülbül yerinə "alaycı quş" demək elə də gözəl gəlmir qulağa doğruya doğru. ;)
Bu kitab əslində çox da mən burada izah edim siz də gedib bir oxuyun tərzində möhtəşəm bir kitab deyil. (təbii ki, mənə görə) Bəlkə də kitabda olan dərinliyi mən anlaya bilmədim.
Kitab Cin Luize isimli kiçik bir qızın dili ilə yazılmış və əslində yazarı Harper Lee'nin 1936 ilində yaşadığı bir hadisədən ilhamlanmışdır. Bu arada Harper Lee bir qadındır, adına aldanıb da kişi sanmayın. :)) Bu səhvi mən etdim siz etməyin! Hadisələr kiçik bir qızın gözündən anladıldığı üçün biraz sadədir. Vəkil Atticus'un kiçik qızı Cin və ondan biraz böyük oğlu Cim'in uşaqlıq oyunları, yay tətilləri, sirli qonşularına qarşı duyduqları maraq...Bu şəkilde bir uşaq kitabıdır, hətta sirli qonşunun işin içinə girməsi ilə uşaq-qorxu kitabı kimi başlıyır. Kitab iki qismə ayrılmış kimidir, ilk bölümündə Cin ilə qardaşı Cim'in məhələlərindəki Boo Radley adında evindən heç çıxmayan bir adam ilə bağlı maraqlarını, düşüncələrini oxuyursunuz. İkinci qisimsə, hə baxın burası artıq bir az maraqlıdır. Bu bölümdə ataları Atticus Finch'in vəkilliyini üstləndiyi məsum bir zəncinin məhkəmə prosesi boyunca yaşadıqlarına şahid olursunuz.
Bu kitabda bir uşağın tərbiyəsinə, başqalarının dediklərinə əhəmiyyət verməyən sonuna qədər öz inandıqlarını həyatının fəlsəfəsi olaraq müəyyənləşdirən bir adamın mübarizəsinə, insanların ədalətsizliyinə şahid olursunuz. Bəlkə bir uşağın ağzından yazıldığı üçün kitabın məsum bir terefi var amma belə düşününcə kitabı sevmədiyimin fərqinə varıram..)
No comments:
Post a Comment