Thursday, December 3, 2015

İsa Şahmarlı: 'Tanrı hər kəsi yaratdığı kimi sevir..'



Salam.. ''tarlanqizi''  blogumu açarkən ki, düsturum...gözəl, keyifli paylaşımlar etməkdi.. Ancaq təəssüf ki, həyat hər zaman görmək istədiyimiz kimi tozpembe deyil.. Bugün bunu birdə anladım.. 
İnternətdə bir mövzu ilə maraqlananda qarşıma təsadüfən İsa Şahmarlının intiharı ilə bağlı bir video çıxdı.. Әvvəlcə izləyib izləməklə bağlı tərəddüt yaşasamda sonunda izlədim. Video və videoya yazılan təhqir dolu şərhlər məni təsəvvür edə bilməyəcəyiniz qədər çox üzdü. Çox üzülürəm ki,  bir çox insan tərəfindən hələ də homoseksuallara qarşı bir basqı olmaqla yanaşı, bu insanların psixoloji və əqli cəhətdən xəstə olduqları düşünülür. Ayrıca, bir çox insana görə homoseksual olmanın tək səbəbi yaşadıqları mühit və medya da göstərilən pis örnək ola biləcək davranışların təlqin edilməsidir. Bu səbəblə bir çox homoseksual yaşamı boyunca kimliyini gizli tutmağa və homoseksuallıqla bağlı düşüncə və duyğularını əngəlləməyə çalışır. Cinsəl yönəlimlərini rədd edərək özlərini heteroseksual münasibətlər qurmağa və ya qarşı cinsə maraq duymağa zorlayırlar. Amma bunun əksinə elm adamları homoseksual olmanın heteroseksual olmaq qədər normal və heteroseksuallıq kimi doğuşdan insanlarda var olan bir durum olduğunu açıqlayıb, yəni bu onların seçimi deyildir.. 
       Azərbaycanda homoseksual deyildiyində çox insanın ağlına travestiler, naz-qəmzə ilə gəzən və qadın kimi geyinib danışan mini yubkalı gənc oğlanlar gəlir. Qadın kimi davranan kişilərə qarşı böyük bir nifrət var insanların qəlbində. Buna görə qarşı cinsə aid davranışlar göstərmək homoseksual olmaqla eyni anlamda düşünülür. Amma iki fərqli durumu ayırmaq olduqca önəmlidi,r çünki travesti, biolojik cinsiylə bağlı bir problemi olmayan amma qarşı cinsin geyimlərini geyinmeyi sevən insandır. Geylər isə öz cinsindən olan birinə sevgi münasibətləri bəsləyən insanadır. Kişilərin dominant olduğu toplumumuz da, kişi homoseksuallar birbaşa cəmiyyətdən uzaqlaşdırılmağa və təhqirlərə məruz qalarkən, qadın homoseksuallar sadəcə seks obyekti olaraq görülür...

Saturday, November 21, 2015

Mr Robot sezonunu bağlı elan edirəm..

Mr Robot sezonunu bağlı elan edirəm..  Bu münasibetle film haqqındakı fikirlerimi bölüşmesem olmaz..) 

Yeni nəsil "hack" serialı olan Mr. Robotun, an etibarilə Imdb'dəkı balı 9,0-dır... Rəsmi olaraq 24 İyun 2015 tarixində başlayan serialımız 26 Avqust 2015 tarixində 10 cu bölümü də yayımlanandan sonra ilk mövsümünü bağlamışdır. Yəni əgər hələ də izləməmisinizsə, Mr. Robot'un hack dünyasına girmək üçün gecikmiş sayılmazsınız. (Usa Network kanalında yayımlanan serialın,  2 ci mövsümünün çəkilişləri üçün başlandığını da qeyd etməsəm olmaz.)

Mr. Robot, Sam Esmail tərəfindən yazılmış bir psixoloji gərginlik-dram serialıdır. Serial olduqca sürətli bir şəkildə ən çox izlənilən seriallar arasına adını yazdırmışdır. Bunda isə müasir cəmiyyəti tənqid etməsi və informasiya dünyası ilə əlaqədar olmasının payı böyükdür. Eyni zamanda serial bizə New Yorkun o biri üzünü də göstərərək digər seriallardan ayrılıb özünə qəlbimizdə ayrı bir yer qazandırır.

Serialda Elliot adlı əsas qəhrəmanımız hacker və siber təhlükəsizlik mühəndisidir. Lakin Elliot eyni zamanda bir kompüter piratıdır və fsociety adlı qrupla birlikdə dünyanı xilas etmək kimi planları vardır. Digər çəkici tərəfi isə sistemi tənqid etməsidir..

Belə təhlükəli sularda üzən bir serialın ictimai mediada tənqidlər alması da qaçınılmazdır əlbəttə ki... Çox sevənləri olduğu kimi, tənqid edənləri (amma bu tənqidləri əsla tam haqsız saymıram) də mövcuddur. Bunların ən başında; "Madam ki, sistemi tənqid edir, sistem necə və niyə bu seriala təsdiq verə bilir, yoxsa bilə-bilə bu cür edərək, əslində serialla içimizdəki fəal ruhun qazını alıb, yuxumuza qaldığımız yerdən davam etməyimizi təmin edib, sağ göstərərkən, sol mu vururlar? "şəklindəki baxış bucağı yer alır. Bunları da artıq serialı izləyib özünüz qərar verərsiniz.. Və serialı sevsəniz, serialın atmosferini serialın xaricində də yaşamaq üçün özünə uyğun bir quruluşda yaradılmış olan saytına( www.whoismrrobot.com ) girib hack dünyasındakı səyahətinizə başlaya bilərsiniz. 

Lev Tolstoy - Anna Karenina

Açıqcası özümdə bir dünya klasikkini tənqid edəcək səlahiyyəti görmürəm. Amma Lev Tolstoyun "Anna Karenina" kitabı haqqındakı fikirlərimi paylaşmaq istədim. Kitaba başlamazdan əvvəl qalınlığı olduqca gözümü qorxutmuşdu lakin öz istəyimlə tam versiyasını oxumağı seçmişdim. Karenina oxuduğum əvvəlki klassik bestseller'lər kimi deyildi oxuduqlarımdan çox fərqli idi. Kitab mənim çox vaxtımı aldı, uzun zaman ərzində bitirdim.. Bunu sevsəm digər klassiklərdən də ard-arda oxuyaram deyə düşünürdüm lakin bu sıralar elə bir şey etməyi düşünmürəm bu mənə kifayət etdi. Kitabı oxuyarkən "Bu necə xəyal gücüdür? Bir insan bunu yazarkən ömrü bitər. " deyə düşündüm. 

855 səhifə boyunca, heç bezmədim desəm yalan olar... Düzdü tez sürətli oxuyub keçdiyim yerlər də oldu, günlərlə üstündə qaldığım yerlərdə.. Amma ümumiyyətlə haqqını verərək oxumağa çalışdım.Kitabın qəhrəmanları unudulmaz idi. Heç bir kitabda bu qədər möhkəm qəhrəmanlar oxumamışdım. Kitab bitdikdən sonra filmini axtardım, digər blogger'ların şərhlərinə baxdım. Tolstoyu araşdırdım. Və Tolstoyun Levin adlı qəhrəmanını özünə bənzətdiyinin fərqinə vardım. Ad bənzərlikləri belə var. Kitabda çox qəhrəman vardı istər istəməz qarışdırdıqlarım oldu. Adları da çox fərqli olduğu üçün bir az çətinlik çəkdim. Amma müasir tərcümə məni çox sevindirdi və çox bəyəndim. Sevdiyim bir roman deyildi. Böyük ehtimalla mənim tərzim olmadığından... Amma Annanın duyğularının canlılığı, xüsusilə oğlu ilə yaşadığı qarşılaşma səhnəsi və Wronsky'nin eşqindən şübhə edərkən çəkdiyi ağrının anlatılışı məni çox təsirləndirdi. Kitab o qədər ağıllıca yazılmış, üstündə o qədər düşünülmüşdü ki, hadisələrin bir-birinə bağlanma şəklinə çox təəccübləndim.. Sevə bilməsəm də bəyəndiyim bir roman idi, hətta bəzi səhnələrdə ağzım beş qarış açıq qaldı amma kitab o qədər yavaş irəlilədi ki, bir sonrakı səhifəni oxumaq üçün səbrsizlənmirdim..

Saturday, July 11, 2015

Jojo Moyes - Senden Önce Ben

Kitabın qapağındakı "Eşq vardır, ona inanmaqdan vaz keçmə" yazısını ilk oxuduğum zaman, çox fərqli hekayə ilə qarşılacağımı təxmin etmişdim, ancaq bir yazarın insanın belə gözəl bir hekayəylə içini isidə biləcəyini, kitab bitdikdən sonra qapaqdakı o yazıya yenidən baxma ehtiyacı duyacağını təxmin etmirdim .

Əlbəttə bunu indi, hələ içindən xilas ola bilmədiyim bir duyğu qarmaşasıyla yazıram. Kitabın az qala son yüz səhifəsindəki bütün cümlələri, içimdə bir yerdə, bir şeylərin düzəlməz şəkildə yandığını hissədə hissədə oxuduğumda və özümü kitabın hər iki qəhrəmanının yerinə qoyduğumda da, yəqin ki, onların yerində mən də olsaydım mənim edəcəyimin də çox fərqli olmadığının fərqindəydim.

Bəlkə də bu həqiqət mənə bu qədər təsir etdi, bilmirəm...
İnsan heç yaşamadığı bir hadisəni necə hər cümlədə özündən bir şeylər varmış kimi oxuya bilər?.. onu da bilmirəm... Yəqin əsl nöqtə bu deyildi, yəqin mən oxuyarkən yaşadığımı hiss etmişdim. Və ilk dəfə bu kitabda oldu bu.
Belə ki, o son bir neçə səhifəni oxuyarkən, gecənin bir yarısı hıçqırdığımı heç kimsə eşitməsin deyə əlimi ağzımın üstünə bağlamaq məcburiyyətində qalmışdım...

İnsan yaşamadığı şeylərə asan asan inana bilmir. Mənim bir çox dəfə oxuduğum və yaxud başqalarından eşitdiyim ancaq 'o necə olur' deyə həqiqətini sorğuladığım bir vəziyyət var idi: kitabı oxuyarkən boğazda yumruq hiss etmək... Necə olduğunu, ilk dəfə bu kitabda hiss etdim. Cümlələri kəsik kəsik oxumağıma səbəb olan o şey, həqiqətən də olurmuş...

Hər nəysə ... Nəticə etibarilə, başda kədər və xoşbəxtlik olmaqla, mənə bir çox şey hiss etdirən, bu roman sadə bir eşq hekayəsindən daha çox bir romandı...

Mən bu kitabın hər kəsə bir şeylər qata biləcəyini düşünürəm ..

Sunday, June 21, 2015

I can't Keep Calm because It's My Birthday Today!...


Sabahdan bəri Teomanın bu mahnısı dilimdədir, əslində sözləri də heç mənə uymur ama nədənsə bütün gün sözlərini təkrarlayıram. 

Bugün benim doğum günüm
Hem sarhoşum hem yastayım 
Bir bar taburesi üstünde 
Babamın öldüğü yaştayım 
Bugün benim doğum günüm 
Kelimeler büyüyor ağzımda 
Bildiğim tüm hayatlar 

Paramparça, paramparça

Üstəlik mən bu mahnını heç SEVMİRӘM:)) Yəqin ki, Doğum günü həssasiyyəti ilə bağlı bir şeydir.. :))

Hər yaşın ayrı bir gözəlliyi var deyərlərdi də inanmazdım. Hər keçən il elə qəribə şeylərlə bütünləşir ki insan.. Deyəsən məndə içimdəki uşağı qoruyaraq böyüdüm bir az :)
Həyat sürətlə keçir.. Bacardıqca dəyərini bilirəm.. 

İndi gözlərimi bağlayıram və 2'li rəqəmlərlə gözəl bir ilə addım atıram..

 Hər zaman yanımda olan və yaxud yanımda olmasın varlığını hiss etdirən; bütün dostlarıma, əzizlərimə çox təşəkkür edirəm.

Bugünün ən gözəl, ən mənalı hədiyyəsidir: XATIRLANMAQ… 

 Xatırlanmaq, xatırlandığını bilmək çok gözəldir…  İnsan belə zamanlarda hər nə qədər bir şeylər gözləməsə də iki cümlə eşitməyi və ya iki cümlə yazılmasını gözləyir istər-istəməz.

Saturday, June 6, 2015

Peekay - PK


Bu gün yenə bir film təklifi ilə qaça-qaça gəldim :)) Bəyəndiyim bir şey olduqda yerimdə dayana bilmirəm dərhal gəlib sizinlə də paylaşmaq istəyirəm. Çox pis alışmışam bu vəziyyətə amma heç şikayətçi də deyiləm açıqcası :) Birdə şərhlərinizlə mənə yoldaşlıq etsəniz çox sevinərəm.. Nəysə mövzuya qayıdaq...

Oldum olalı Hind filmlərini sevməmişəm.. Amma mənim üçün Aamir Khan aktyorluğu deyə bir faktor olduqda imtina etmək mümkün olmur !!! Aamir Khan hər filmdə rolunun haqqını verir və özünə xas bir aktyorluqla insanı özünə heyran buraxır. Ayrıca filmlərində verdiyi mütləq bir sosial mesajı vardır ki ən çox xoşuma gələn şeylərdən biridə budur. PK'da da bu qayda dəyişməyib. 3 idiots'un rejissoru Rajkumar Hirani'nin çəkdiyi filmdə bu səfər bir az daha tənqidə açıq bir mövzu seçilib: "Din"... Xüsusilə Hindistan kimi minlərlə dini içində saxlayan bir ölkədə qəbul edilməsi asan olmayan şeylərdən biri olsa gərək dinlər haqqında bir film çəkmək.. Film haqqında çox məlumat verməmək şərti ilə mövzusuna da toxunmaq istəyirəm: Çoooox uzaqlardan dünyanı ziyarətə gələn bir yoldaş, geriyə dönüş yolu olan açarını bir hadisə nəticəsində itirir. Dünyanın sakinləri olan insanlarla ünsiyyət qurmağa çalışdığı hər səfərində anlayır ki, insanların bütün istəkləri reallaşdıran varlıq vardır. Ondan bir şeylər istəsən, istədiyini sənə mütləq verir. Daha sonra bu varlığın Allah olduğunu öyrənir və istəyini reallaşdırması üçün Allahı axtarmağa başlayır. Ancaq bilmədiyi bir şey var: Minlərlə Tanrıya sahib Hindistanda heç bir şey ümid etdiyi kimi asan olmayacaq...

Filmin ilk 10 dəqiqəsindən artıq filmin mükəmməl olacağına əmin idim! Çünki, film başlanğıcdan etibarən insanı elə qucaqlayır ki... İzlədiyiniz zaman anlayacaqsınız nə demək istədiyimi.  :)

Filmin adı filmin qəhrəmanına verilən ləqəbdən gəlir. Peekay'ın mənasını hind dilindən tərcümədə tam olaraq tapa bilməsəm də, təxminən bizim dilimizdə "sərxoş" mənasını verir.. Peekay Hindistan da çox içki içən insanlara verilən bir ləqəbdir ona görə mən qısaca Sərxoş dedim.

Bunlarda filmdə ən çox diqqətimi çəkən sətirlər.. :)

Her zaman "Tek Tanrı Vardır" diyorsunuz.
Bense hayır diyorum; "İki Tanrı" var.
Birisi "Bizi Yaratan Tanrı" ; diğeri ise "Sizin Yarattığınız Tanrı"

~~~

Hangi Tanrı'ya inanacağız?
Biri bizi yaratan biri de sizlerin yarattığı.
Ama sizin yarattığınız tıpkı sizin gibi.
Küçük, yalancı, hastalıklı, boş vaatler veren,
zenginlere öncelik tanıyan, fakirleri sırada bekleten
Bizi yaratan Tanrı'ya inanın ona güvenin.
Kendi yarattığınız sahte Tanrı'ları ise yok edin.

Friday, June 5, 2015

Waris Dirie - Səhra çiçəyi

Üç yaşında balaca bir qız uşağıykən bir sabah ananız sizi tez-tələsik yuxadan oyandırıb, evdən çox uzaqda kimsənin olmadığı bir əraziyə aparır. Qəddar simalı yaşlı bir qadınla görüşür, qadın pis boxçasından paslı bir jilet ya da qırıq şüşə parçası çıxarır. Ananız ayaqlarınızdan tutur və sünnətçi qadın klitorisinizi kəsib, sadəcə idrarınızı edə biləcəyiniz şəkildə bir kibrit ucu qədər açıqlıq buraxaraq vaginanızı boydan boya həsir bir iplə tikir. Şanslısınızsa, həyatda qalırsınız. Әgər deyilsinizsə, qan itkisindən və ya infeksiya nəticəsində ölürsünüz.

Afrika’da qadın olmaq üçün bir əvəz ödəməyiniz lazımdır. Heç bir şeyden xəbərinizin olmadığı və savannalarda heyvanlarla oynayaraq keçirdiyiniz xoşbəxt uşaqlığınızın ortasında sizi heç istəməyəcəyiniz bir acıya və həyatınızın sonuna qədər daşıyacağınız bir yaraya məhkum edirlər. Qadın(!) olmaq üçün qadınlığınız əlinizdən alırlar.

Afrika’da və bəzi Müsəlman ölkələrində hər il 3 ilə 12 yaş arasında milyonlarca körpə qız uşağı bu vəhşətə məruz qalır. Adətən müsəlman Afrika ölkələrində rast gəlinən bu adət, qızlıqdan qadınlığa keçmənin və həqiqi bir qadın olmanın dəyişməz şərtidir. Onlar üçün sünnətli qadın bəkarətin simvoludur. Kişilər, toydan sonrakı ilk gecədə yoldaşı ilə cinsi elaqəyə girmək üçün əlindəki bir bıçaqla həmin tikişləri kəsir və genişlədir.

Sünnətli qadınlar, həyatları boyunca regl dönəmlərində və cinsi əlaqə sırasında çox dəhşətli ağrılar çəkir. Sünnətsiz qadınlar isə qəbilələrinə və soyadlarına xəyanət etmiş sayılırlar, dolayısıyla ailə tərəfindən rədd edilirlər. Onlar fahişə statusunda qəbul edildikləri üçün əsla evlənəbilmirlər və hər cür sosial qrupdan kənarda qalırlar. Bu vəziyyətə düşməkdən və ‘kirli’ adlandırılmaqdansa yüz illərdir analar, öz əlləriylə körpə qızlarının çığırtılarını duymazdan gələrək onları sünnət etdirirlər. Namuslu bir qadın olabilmələri üçün..

Yaxşı bəs qadınların sünnət edilməsinin bu səbəblərinin yanında sosial səbəbləri də var mı? Təbii ki var.. Sünnətli qadınlar, klitorisləri olmadığı üçün heç bir zaman həzz duya bilmir. Bu da qadını cinsi baxımdan bir heç edir və sadəcə uşaq dünyaya gətirən bir maşına çevirir. Yüz illərdir var olan bu adətin İslam’la heç bir əlaqəsinin olmadığını söyləyən din adamlarına rəğmən, hər il 8 min qız uşağı sünnət edilir.

Daha əvvəl universitetdə Biologiya müəllimimizdən qadınlara sünnət edildiyini eşitmişdim amma sadəcə qadınların cinsi həzz duymasının qarşısını almaq üçün sadəcə klitorislərinin kəsildiyini sanırdım. Bunun necə bir vəhşət olduğunu olduğunu bu kitabdan öyrəndim. İnternetdə də bir az bu mövzuda araşdırma etdim və gördüyüm gerçəklərə inana bilmədim... 

Waris Dirie, o qızlardan sadəcə biridir. Somalili Waris, 3 yaşında sünnət edilməyinə rəğmən həyatda qalmağı bacaran şanslı qızlardandır. Amma kiçik bacısı onun qədər şanslı deyildi. 12 yaşında atası tərəfindən 3 dəvə qarşılığında 65 yaşında bir adamla evləndirilmək istənilincə anasının yardımıyla evdən qaçır. Günlərcə yol gedir, səhranı keçir və Somali’nin paytaxtı Mogadişu’ya çatır. Mogadişu’dakı qohumları sayəsində Somali Konsulluğunda xidmətçi olaraq çalışmaq üçün İngiltərəyə gedir. Orada çox məhşur bir fotoqraf tərəfindən kəşf edilən Waris Dirie, uğurlu bir top model olmağı bacarır. Amma bu onu xoşbəxt edə bilmir. Waris, artıq ‘Afrika səhrasından Paris podyumlarına’ başlıqlı reportajlar vermək istəmir. Danışmaq istəyir, qadın sünnətindən bəhs etmək, bütün dünyaya bağırmaq və bununla savaşmaq istəyir. Bir gün bir jurnala verdiyi bir reportajda başına gələnləri nəql edir. Çox böyük yanğı oyandıran reportaj sayəsində hər kəsin Waris’in və milyonlarca Afrikalı qadının məruz qaldığı bu vəhşətdən xəbəri olur. Daha sonra Waris, 1997- ci ildə BMT tərəfindən Qadın Sünnəti Özəl Elçisi olaraq seçilir. 2002-ci ildə isə Desert Flower Foundation’ı qurur. Waris Dirie’nin eyni zamanda öz yaşam hekayəsini anlatdığı 3 kitabı və bir də Çöl Çiçeği adlı kitabından ilhamlanaraq bəyaz pərdəyə daşınan, eyni adlı bir filmi var.

Әvvəlcə kitabını oxuyun, sonra da filmini izləyin...Hətta kitabı verin yoldaşınız, dostunuz, rəfiqəniz də oxusun...