Yaşamımın sıxıntılı bir dönəmində, bir dostumun məsləhəti ilə, mənə pozitiv enerji verən bir kitab oxudum.. Bu Robin Sharma’nın "Ferrarisini Satan Bilge" kitabıdır.
Kitab; 2005 ci ildə nəşr olunmuş və 199 səhifədən ibarətdir. 40 yaşındakı yazar Robin Sharma’nın bu kitabdan əlavə liderlik və şəxsi inkişaf mövzusanda 7 kitabı var.. :) Eyni zamanda hüquqşünas olan Sharma, liderlik və idarəetmə sahəsində təhsil verən beynəlxalq liderlik şirkətinə rəhbərlik edir..
Kitabda canlı, yaradıcı və doyurucu bir yaşam üçün əqli, fiziki və ruhsal çalışmalara dair çox dəyərli məlumatlar verilir.
Kitabda Ferrarisini satan rahib olaraq anladılan Julian, ölkənin ən tanınmış hüquqşünasıdır. Çox insanın xəyal edə biləcəyi hər şeyi əldə etmişdir; şöhrəti, milyon dollarlıq bank hesabları, yaşadığı şəhərin ən bahalı yerində möhtəşəm bir malikanəsi, tropik bir adası və ferrari marka avtomobili var.
Julian 18 saat çalışan, ailə əlaqələri pozulmuş, 50 yaşı olmasına rəğmən daha yaşlı görünən biridir. Bir məhkəmə əsnasında infarkt keçirdikdən sonra Hindistana səyahət etmək qərarına gəlir. Buna görə işinə son verir, malikanəsini, adasını, hətta çox sevdiyi Ferrari’sini belə satır.
Üç il sonra əqli və fiziki cəhətdən inanılmaz bir dəyişim keçirən geri dönən Julian; Himalayaların ətəklərindəki Sivana “aydınlanma vahası”nda yaşayan Hind yogilərdən öyrəndiyi “aydınlanmış yaşamın qədim sirlərini" bütün kitab boyunca ən yaxın dostu ilə paylaşır.
Kitabda oxuyucuya verilmək istənən ana düşüncə; həyatımızda maddi dəyərləri ön planda tutaraq əslində bizim üçün önəmli olan mənəvi dəyərlərin ,ailəmizin, sevdiklərimizin dəyərini bilərək anı yaşamaqdır..
Gerçək dünyadakı BİZLӘR yaşamı dolu dolu yaşamaq üçün ikinci bir şansa sahib deyilik. Ona görə, bugün çox gec olmadan gözlərimizi açaraq bizə verilən şansı doya doya istifadə etməliyik. Yaşamımıza məna qatan insanlara daha çox zaman ayırmalıyıq. Hər anımızı özəl yaşamalıyıq. Uzun sözün qısası kitabda deyildiyi kimi ruhumuzu canlandırmalı və onunla maraqlanmalıyıq... Bu, aydınlanmaya gedən yoldur…
No comments:
Post a Comment