Sunday, April 12, 2015

Now is Good

Salam dostlar, bugün bir az ürəyim sıxıldığı üçün blogda paylaşacaq bir şeylər axtardım. Sonra, aylar öncə bir dostumun tövsiyəsi ilə izlədiyim Now is Good filmi ilə bağlı düşüncələrimi paylaşmaq ağlıma gəldi.. İlk olarak filmin senarisinin Jenny Downham'ın 'Before I Die' kitabından götürüldüyünü qeyd edim. Bəlkə aranızda ilk olaraq kitabı oxumaq istəyənlər oldu. :) 

Mövzusu

Tessa Scott gördüyü 4 illik kemoterapiya müalicəsindən uğur əldə etmədiyi üçün qalan zamanını ən yaxşı şəkildə keçirə bilmək üçün,  ümumi müayinə xaricində xəstəxana ilə əlaqəsini tamamilə kəsir.

İndi qalan zamanını ən yaxşı şəkildə dəyərləndirməli və ölmədən öncə etmək istədiyi hər şeyi həyata keçirməlidir.

Filmə ilk başlayanda mövzusu haqqında heç bir fikrim olmadığı üçün "bütün film belə gedəcəksə izləməyə dəyməz" deyə düşünmüşdüm. Halbuki heç əlaqəsi yox imiş! Filmin sonunda gözyaşları içərisindəydim. Mövzu bu tip filmlər və kitaplar olanda inanılmaz sulugöz oluram. Sonra "yox mən heç ağlamadım, yox çox böyüdürsən falan deyə gəlməyin üstümə. Xasiyyət məsələsidi... :)

Filmdə məni duyğulandıran çox səhnə vardı, amma bunlardan birini sizinlə paylaşmasam içim heç cür rahat etməz. Tessanın kiçik qardaşının, ailədəki hər kəs oturub bir şeylər yeyərkən sanki bacısı gəzməyə gedəcəkmiş kimi öləcəyindən bəhs etməsi və ardından arsız arsız "bacım öləndən sonra otağına mən keçə bilərəm mi" demesi məni inanılmaz dərəcədə duyğulandırmışdı.

Nəticə olaraq deyəcəyim odur ki,  romantik-dram-trajedi filan sevirsinizsə bu filmi mütləq izləyin. "Aynı Yıldızın Altında"  nı sevirsinizsə də izləyə bilərsiniz, çünki 'bir az ' bənzəyirlər. :) Nəysə mənim ürəyimin sıxılmağı keçdi, ona görə burada bitirə bilərəm yazımı..) Bir sonraki yazıda görüşənədək.. :) <3

No comments:

Post a Comment