Tuesday, April 7, 2015

Blog yazmaq gözəldir..

Demək olar ki, bir neçə aydır fərqli bloqlarda  paylaşımlar edirəm, müəyyən mövzu ilə bağlı fikirlərimi bölüşürəm. Və bunu sevərək edirəm. Bir işi sevməsən niyə edəsən ki?  deyil mi?..  Nəticədə zorlayan yoxdu..) Zorla yazan var mı görəsən?. Yoxdur hər halda.:P Varsa tez bir zamanda bu işləri buraxsın məncə..) Məsələn mən çox zövq alıram hər nə qədər çox zaman ayıramasam da ... blog oxumağı da çox sevirəm. Anlayacağınız blog yazmaq gözəldi..) Təbii ki, səbəbləri var.. :P Blog yazmaq "niyə gözəldir?.."  deyə özümdən soruşdum və sualı özüm də cavablandırdım. Bununla da Şizofreniyaya ilk adımımı atdım.. :P
Blog yazmaq niyə gözəldir sevgili Aysel? - Öhömm:

- Hər insan başqalarıyla bir şeylər paylaşmaq isteyir. Gördüyü, oxuduğu, izlədiyi fərqli bir şeyi paylaşmaq xoşbəxtlik verir insan övladına.. :)  Kimisi bunu fərqli yollarla edər. Amma mən blog yazaraq həll edirəm bunu. Blog ilə paylaşma ehtiyacımı qarşılayıram. Yaşam paylaşdıqca gözəldir. Blog paylaşmaqdır.

- İnsanlar yazdıqlarının oxunmasını istər.  Әvvəllər var idi o gizli gündəliklər filan... Yaxşı bunu sıradan bir insan necə bacaracaq?.. Bir qəzetdə yazar deyil, hansısa bir sayt açmaq üçün yetərincə büdcəsi yoxdu..)) Bunun üçün asanı var.. blog açar..:) Düşüncələrini, anlatmaq istediyi bir hadisəni, bir tv serialını belə blogu vasitasiylə azda olsa bir topluluğa eşitdirməyi bacarır. Kiçikdə olsa o an xoşbəxtlik verir o blogu yazan insana. Bəlkə də bəziləri heç əhəmiyyət verməz amma o yazar, birileri də mütləq oxuyar. Oxunmaq gözəldir, blog gözəldir :)

- Fərqli düşüncələr ilə qarşılaşarsan blog yazaraq. Normal həyatında ətrafında adətən sənin kimi düşünən insanlar olur. Amma blog elə deyil. Bir mozaykadı. Hər cür insan var..) Bu baxımdan yararlıdır. Amma görə bilənə, faydalana bilənə təbii ki..  Gözəldir gözəldir..

- Yazdıqlarına gələn şərhləri oxumağı, "..aaa  mən də belə düşünürəm" deyənləri görməyi çox sevirəm. O şərhlər blog yazmağı daha da gözəl edir.. :)

- Son olaraq bilirsən mi, blog yazmaq niyə gözəldir?.. Çünki mən yazıram. Mən!! :) Mən yazdığım şey gözəl olmayacaq mı? :))

Blog baldan tatlıdı..))

No comments:

Post a Comment