Sunday, February 1, 2015

Antoine de Saint-Exupery - Küçük Prens



Bir neçə il əvvəl kitab mağazalarından birinin rəfində görmüşdüm bu romanı. O zamanlar sıradan bir uşaq romanı olduğunu düşünmüşdüm, ancaq indi oxuduqdan sonra gördüm ki, həyat haqqında çox dərin mənalar daşıyır. Oxuyarkən səhifələrində suluboya rəsimlərin yer alması, Küçük Prens'in gördüklərini görmək çox gözəldir. Həyatımızın bir neçə saatını başqa bir planet də yaşıyırmışıq kimi hiss verir.

Antoine de Saint-Exupéry tərəfindən New York’da bir otel otağında yazılan "Küçük Prens" yayımlandığı gündən bu yana milyonlarca insanın qəlbini fəth etməyə davam edir.  Küçük Prens’in yaşadıqlarını anlayır, qırğınlıqlarına üzülür, söylədiklərinə haqq veririk. Planetindəki çiçəyi ilə anlaşa bilmədiyi üçün bir az uzaqlaşmağa qərar verən, səyahət zamanı  Dünya’ya da baş çəkən Küçük Prens Sahra Çölü’ndə bir pilotla qarşılaşır. Nəhayət bütün olan bitəni də bu pilot izah edir bizə. Kimdir Küçük Prens, niyə davamlı olaraq suallar verir, çiçəyi ilə niyə anlaşa bilməmişdir, getdiyi digər planetlərdə kimlərlə qarşılaşmışdır və nələr öyrənmişdir? Bu hekayəni dinlərkən Küçük Prens’in yaşadıqları və öyrəndikləri sayəsində həyatımıza təkrar baxırıq və  ‘nə qədər də böyüdüyümüzü” görürük. Küçük Prens’in də dediyi kimi “Büyüklere her şeyi açıklamak gerekir zaten.” (tanıtım yazısından)

Küçük Prens bir uşağın gözüylə böyüklərin qəribə davranışlarını şərh edir. Böyüklərin dünyasına bir də Küçük Prens'in gözündən baxmaq istəyənlər bu kitabı mütləq oxumalıdır. Uşaq kitabı kimi görünsə də, böyüklər üçün bir uşaq kitabıdır. Müəyyən qəliblərə sıxışıb qalmış; içindəki uşağı basdırmış, xəyallarını itirmiş, düşünməyi buraxıb əzbərə yaşayan  biz böyüklərə çox gözəl dərslər verir.

İçimdə bir yerlərdə gizlənmiş uşaq üçün darıxdığım anlarda təkrar oxuyacağım bir kitabım oldu.

Amma kitabı oxuyub bitirdikdən sonra onu bu qədər gec tanıdığım üçün peşman oldum.. Uşaqkən xatirələrimi bəzəsəydi kaşki. Olsun, mən elə də gec olduğunu düşünmürəm. Heç tanış olmaya da bilərdim.


1 comment:

  1. Cox gozel tesvir etmisiz. Antoine de Saint-Exupéry-nin xeberi olsaydi...

    ReplyDelete