Mütləq izləməliyəm dediyim amma izləmək üçün fürsət tapmadığım film olan "The Theory of Everything" ilə qarşınızdayam. :)
Әvvəla niyə bu filmi bu qədər ertələdim deyə özümdən soruşuram. Razıyam filmlər haqqında geniş dünyagörüşüm olmaya bilər amma belə gözəl bir filmi ertələmək ayrı bir üzücü durumdu mənim üçün... Hər nəysə, sonunda izlədim və düşünürəm ki, önəmli olan da budu. :))
Film haqqında fikir versin deyə öncə mövzusundan başlayım. Film məhşur bir fizik olan Stephen Hawking və onun həyat yoldaşı Jane ilə olan yaşamından bəhs edir. Tələbə olarkən zəkasıyla professorun diqqətini çəkən Stephen Hawking qara dəliklər və dünyanın yaranması ilə bağlı ortaya qoyduğu teoremi və kitabıyla elm həyatına addım atmağı bacarır. Eyni zamanda həyat yoldaşı olan Jane ilə burada tanış olur. Hər şey çox gözəl gedərkən Stephen Hawking bir xəstəlik keçirir və motor neyronlarının işləmədiyini, bunun da ciddi nəticələrə səbəb olacağını öyrənir. Artıq Hawking'in həyatı çətin bir dönəmə girir. Bütün çətinliklərə rəğmən Stephen Hawking çalışmağa davam edir. Xəstə olarkən belə öz teoremi üzərində çalışır, yanlışlarını düzəldir. Amma əsas məqsədi filmdə "Her Şeyin Teorisi olaraq bəhs olunan bir denklemi tapmaqdır. Bu denklemi taparsa yaşamdakı hər şeyin təməl dayanağını tapmış olacaq və bilinməyənləri açıqlamış olacaqdır..
Film haqqında mənim düşüncələrimə gəlsək... Şübhəsiz ki, izlədiyim ən yaxşı filmlərdən biri idi.. Həm duyğusal səhnələriylə həm də zarafatcıl dialoqlarıyla məni həm güldürdü həm də hüzünləndirdi. Bəzən də təəccübləndirdi. İki saatın necə keçdiyini anlamadım. Filmdən sonra boşluğa atılmış, ruhu çəkilmiş bir insana çevrilmişdim. Film ağlımdan çıxmır.. Özəlliklə də son səhnələr hələ də gözlərimin önündədi.
Nəticə olaraq mən bu filmə BA-YIL-DIM. Tapacağım bir qüsur belə yoxdu filmdə. Hər şey o qədər real idi ki... Xəstəlik müddəti, yıxılma səhnəsi və daha bir çox səhnə.. Әgər Stephen Hawking'ə qarşı marağınız varsa ya da araşdırdığınızda marağınıza səbəb olubsa bu filmi mütləq izləməlisiniz.. Çünki bu film mənə çox şey qatdı, çox şey öyrəndim. Sizin də bu iki saatın sonunda çox şey qazanacağınıza əminəm. Bəlkə dünyaya, yaşama olan baxış bucağınız belə dəyişə bilər..
No comments:
Post a Comment