Saturday, November 21, 2015

Lev Tolstoy - Anna Karenina

Açıqcası özümdə bir dünya klasikkini tənqid edəcək səlahiyyəti görmürəm. Amma Lev Tolstoyun "Anna Karenina" kitabı haqqındakı fikirlərimi paylaşmaq istədim. Kitaba başlamazdan əvvəl qalınlığı olduqca gözümü qorxutmuşdu lakin öz istəyimlə tam versiyasını oxumağı seçmişdim. Karenina oxuduğum əvvəlki klassik bestseller'lər kimi deyildi oxuduqlarımdan çox fərqli idi. Kitab mənim çox vaxtımı aldı, uzun zaman ərzində bitirdim.. Bunu sevsəm digər klassiklərdən də ard-arda oxuyaram deyə düşünürdüm lakin bu sıralar elə bir şey etməyi düşünmürəm bu mənə kifayət etdi. Kitabı oxuyarkən "Bu necə xəyal gücüdür? Bir insan bunu yazarkən ömrü bitər. " deyə düşündüm. 

855 səhifə boyunca, heç bezmədim desəm yalan olar... Düzdü tez sürətli oxuyub keçdiyim yerlər də oldu, günlərlə üstündə qaldığım yerlərdə.. Amma ümumiyyətlə haqqını verərək oxumağa çalışdım.Kitabın qəhrəmanları unudulmaz idi. Heç bir kitabda bu qədər möhkəm qəhrəmanlar oxumamışdım. Kitab bitdikdən sonra filmini axtardım, digər blogger'ların şərhlərinə baxdım. Tolstoyu araşdırdım. Və Tolstoyun Levin adlı qəhrəmanını özünə bənzətdiyinin fərqinə vardım. Ad bənzərlikləri belə var. Kitabda çox qəhrəman vardı istər istəməz qarışdırdıqlarım oldu. Adları da çox fərqli olduğu üçün bir az çətinlik çəkdim. Amma müasir tərcümə məni çox sevindirdi və çox bəyəndim. Sevdiyim bir roman deyildi. Böyük ehtimalla mənim tərzim olmadığından... Amma Annanın duyğularının canlılığı, xüsusilə oğlu ilə yaşadığı qarşılaşma səhnəsi və Wronsky'nin eşqindən şübhə edərkən çəkdiyi ağrının anlatılışı məni çox təsirləndirdi. Kitab o qədər ağıllıca yazılmış, üstündə o qədər düşünülmüşdü ki, hadisələrin bir-birinə bağlanma şəklinə çox təəccübləndim.. Sevə bilməsəm də bəyəndiyim bir roman idi, hətta bəzi səhnələrdə ağzım beş qarış açıq qaldı amma kitab o qədər yavaş irəlilədi ki, bir sonrakı səhifəni oxumaq üçün səbrsizlənmirdim..

No comments:

Post a Comment