Sunday, May 3, 2015

Napoleon Hill - DÜŞÜN VƏ VARLAN

Nəhayət ki, "Düşün və Varlan" kitabını oxuyaraq biznes və uğur kitablarına başladım.. Bu kitablardan sonra varlı olsam söz verirəm nəticəni bura yazacam... :) Napoleon Hill, Düşün və Varlan'ı 1937-ci ildə Henry Ford, Thomas Edison kimi bir çox tanınmış insanın uğur hekayələrini 25 il tədqiq etdikdən sonra yazmışdır. Dünyanın ən çox satılan kitablarından olan Düşün və Varlan kitabında 13 addımlıq  formul ilə uğura gedən yoldan bəhs olunur.

Amerikalı yazar Napoleon Hill təxminən bir əsr öncə yazdığı kitabla bu mövzulu fərdi inkişaf kitabları arasında bir ilkə imza atmışdır. Bu kitabdan sonra yazılan fərdi inkişaf kitabları isə mövzu baxımından bu kitabdan ilham almışdır. Think and Grow Rich yəni Düşün və Varlan isimli əsərində günümüzdə də keçərli olan uğursuzluğun səbəblərini tək tək sıralamışdır..

Yazara görə əsas məsələ bunları sıralamaqda deyil təbii ki, əsas olan qüsurları ilk olaraq beynimizdə, şüur altımızda həll etməkdir... Uğurun səbəblərindən öncə kitabdan seçdiyim uğursuzluğun səbəbləri tərəfimdən sizlərə təqdim olunur. :))

1. Arzuolunmayan irsiyyət: Çox az faiz insanlar var ki, beyin qüsurları ilə anadan olurlar. Beləcə, onların əqli qabiliyyətləri uğurlu karyera qurmağa maneçilik törədir.

2. Məqsədin yoxluğu: Heç bir, hətta ən qabiliyyətli və istedadlı insan həyatda müəyyən məqsədi yoxdursa, uğura bel bağlaya bilməz.

3. Ambisiyaların yoxluğu: Şöhrətpərəstlik - güclü stimuldur və əgər sizdə bu keyfiyyət yoxdursa, nəyəsə nail olacağınız böyük sual altındadır.

4. Təhsilin azlığı: Bu maneəni asanlıqla aşmaq mümkündür ( və aşılmalıdır da!..)

5. Şəxsi intizamın çatışmazlığı: Әgər özünüzü ələ almağı bacarmırsınızsa, bunu sizin əvəzinizdə başqaları edəcək.

6. Sağlamlıq: Әgər xəstəsinizsə heç bir uğur, heç bir pul sizi sevindirməyəcək.

7. Çətin uşaqlıq: "Әgər qələmi əyri basdırsanız, ondan düz ağac bitməyəcək"

8. Ləngitmə: Bu uğursuzluğun ən geniş yayılmış səbəblərindən biridir.

9. İnadkarlığın azlığı: Әvvəldə hər kəs enerji və nikbinliklə silahlanır, lakin çoxları ilk uğursuzluql qarşılaşan kimi əllərini işdən soyutmağa meyillidirlər.

10. Aravuran xasiyyət: Uğur yalnız başqaları ilə dil tapmağı bacaran insanları izləyir. Pis xasiyyətli birisi ilə əməkdaşlıq etmək çətin məsələdir.

11. Seksual xoşagəlimliliyin azlığı, ya da onu idarə edə bilməmək: Seksual enerjinin transformasiyası, ya da Sublimasiya - istənilən məqsəd üçün istifadə edilə biləcək güclü hərəkətvericidir.

12. Azart və yüngül yolla pul əldə etmək arzusu: Oyuna ehtiras və çoxlu pul qazanmaq həvəsi milyonlarla insanı faciəli vəziyyətə salıb.

13. Qətiyyətsizlik: Qətiyyətsizlik və ləngitmə - eyni bağın məhsuludur. Әgər birisi işlərini "arxa yeşiyə" atırsa, deməli, o qətiyyətsizdir.

14. Qorxu: İnsanları tez-tez irəliləməyə qoymayan amillərdən biri də qorxudur.

15. Uğursuz nigah: Әrlə- arvad arasındakı münasibət insanın sosial həytüatında güclü iz buraxır və karyerasına mənfi təsir göstərir.

16. Həddən ziyadə ehtiyatlılıq: İstənilən işdə riskdən bir pay olmalıdır.

17. Biznes üzrə partnyorları və ya əməkdaşları düzgün seçməmək:

18. Mövhumat və yalnış fikir:

19. Ürəyincə olmayan iş: Heç kəs istəmədiyi işdə müvəffəqiyyət qazana bilməz.

20. Fikrini bir yöndə cəmləyə bilməmək:

21. Öz xərclərinizə nəzarət edə bilməmək:

22. Ruh yüksəkliyinin azlığı: Әgər öz işinizdə maraqlımolmayacaqsınızsa başqasını cəlb edə bilməyəcəksiniz.

23. Səbirsizlik: Bu xüsusiyyət insanın inkişafdan dayandığına işarə edir.

24. Nəfsini saxlamamaq: Acgözlülük, alkoqolizm, narkomanlıq, seksual əxlaqsızlıq insanın mahiyyətini yeyir.

25. Әməkdaşlıq edə bilməmək: Tək əldən səs çıxmaz.

26. Qazanılmamış sərvət: Bu var-dövləti özü qazanmayan şəxslərə aiddir.( məsələn, varlı valideynin varisləri)

27. Fırıldaqçılıq:

28. Lovğalıq və şöhrətpərəstlik:

29. Faktlar əvəzinə ehtimallar: Məlumatı toplamaq və faktları analiz etməyə tənbəllik göstərmək müvəffəqiyyətsizliyə gətirib çıxarır.

30. İlkin kapitalın yoxluğu: Әgər öz şəxsi biznesinizi açmaq üçün lazımi qədər kapitalınız yoxdursa, bir müddət başqa sahibkara işləyə bilərsiniz.