Saturday, July 11, 2015

Jojo Moyes - Senden Önce Ben

Kitabın qapağındakı "Eşq vardır, ona inanmaqdan vaz keçmə" yazısını ilk oxuduğum zaman, çox fərqli hekayə ilə qarşılacağımı təxmin etmişdim, ancaq bir yazarın insanın belə gözəl bir hekayəylə içini isidə biləcəyini, kitab bitdikdən sonra qapaqdakı o yazıya yenidən baxma ehtiyacı duyacağını təxmin etmirdim .

Əlbəttə bunu indi, hələ içindən xilas ola bilmədiyim bir duyğu qarmaşasıyla yazıram. Kitabın az qala son yüz səhifəsindəki bütün cümlələri, içimdə bir yerdə, bir şeylərin düzəlməz şəkildə yandığını hissədə hissədə oxuduğumda və özümü kitabın hər iki qəhrəmanının yerinə qoyduğumda da, yəqin ki, onların yerində mən də olsaydım mənim edəcəyimin də çox fərqli olmadığının fərqindəydim.

Bəlkə də bu həqiqət mənə bu qədər təsir etdi, bilmirəm...
İnsan heç yaşamadığı bir hadisəni necə hər cümlədə özündən bir şeylər varmış kimi oxuya bilər?.. onu da bilmirəm... Yəqin əsl nöqtə bu deyildi, yəqin mən oxuyarkən yaşadığımı hiss etmişdim. Və ilk dəfə bu kitabda oldu bu.
Belə ki, o son bir neçə səhifəni oxuyarkən, gecənin bir yarısı hıçqırdığımı heç kimsə eşitməsin deyə əlimi ağzımın üstünə bağlamaq məcburiyyətində qalmışdım...

İnsan yaşamadığı şeylərə asan asan inana bilmir. Mənim bir çox dəfə oxuduğum və yaxud başqalarından eşitdiyim ancaq 'o necə olur' deyə həqiqətini sorğuladığım bir vəziyyət var idi: kitabı oxuyarkən boğazda yumruq hiss etmək... Necə olduğunu, ilk dəfə bu kitabda hiss etdim. Cümlələri kəsik kəsik oxumağıma səbəb olan o şey, həqiqətən də olurmuş...

Hər nəysə ... Nəticə etibarilə, başda kədər və xoşbəxtlik olmaqla, mənə bir çox şey hiss etdirən, bu roman sadə bir eşq hekayəsindən daha çox bir romandı...

Mən bu kitabın hər kəsə bir şeylər qata biləcəyini düşünürəm ..