Friday, February 27, 2015

Marilyn Monroe - Və Tanrı Qadını Yaratdı!...

Marilyn mənim üçün çox özəl bir qadındır. Məhz buna görə onun həyatı haqqında sənədli film izləməyi çox istəyirdim. Film saytlarında nə zaman bioqrafi kateqoriyasına gəlsəm, "görəsən bu dəfə izləsəm mi" dediyim bir filmdi. Amma heç cür qismət olmamışdı. Qismət bugünəymiş... :)

"Sevgili Marilyn" filmini izlədikdən sonra Marilyn heyranlığım daha çox artdı. Mövzu Marilyn kimi görünə bilər ama hamımız özümüzə aid bir şeylər tapa bilərik onun həyatında. Çətin keçən uşaqlıq, travmalar, özünü xilas etmə çabası və s.. Marilyn Monroe ismi tələffüz edildiyində çoxumuzun ağlına bu məşhur şəkli və bəyaz paltarı gəlir. Qeyd edim ki, bu paltarı Marilyn Monroe 1955 ildə çəkildiyi “The Seven Year Itch” filmində geyinmişdi.


Şəkillərinə baxarkən hər zaman iki şey diqqətimi çəkir; seksiliyi və hüzünlü baxışları. Bir tərəfi təhrikedici olan bu qadının digər tərəfi uşaqlığında başına gələn acı hadisələri yansıdır. Bəlkə də bu səbəbdən bir çox qadının idealı, bir çox insanın xəyallarının qadınıdır...O kədərli olduğu zamanlarda belə necə xoşbəxt olunacağını bilən bir qadındı. Və bilirsiniz bu çox önəmli bir bilgidir. Әslində nə qədər təbii , çalışqan və ağıllı bir qadındı. Sadəcə uşaqlığının hüznü həmişə içində idi. Həyatı boyunca sadəcə sevilmək istədi və bunu dilə gətirməkdən heç çəkinmədi.  “İyi biriyim ama melek değilim. Günaha girdiğim olur ama şeytan değilim. Ben yalnızca bu koskoca dünyada sevecek birilerini arayan küçük bir kızım” deyərək sevgiyə aclığını açıq-aydın vurğulamışdı.

Həyatı boyunca mübarizə aparıb, hər şeyi əldə etdikdən sonra kariyerasının zirvəsində aramızdan öz istəyi ilə ayrılan ( ki, mənim buna heç inanmağım gəlmir ) Monroe ağıllarda o bəyaz, uçuşan paltarının içində bizlərə gülümsəyərkən qalacaq.

"Sevgili Marilyn" filmini mən çox bəyənərək izlədim. " Görəsən izləsəm mi?.." deyə bu yazını oxuyursunuzsa heç tərəddüt etməyin deyərəm..

Monday, February 16, 2015

Özgecan Aslan - Sen de anlat..

Sən də danış deyirlər.. Hansı birini danışım?.. İlk olduğunda doqquz yaşındaydım.. Ya da 10. Bəlkə də səkkiz.. Әmin deyiləm.. Nə zaman mənə yaxınlaşsa, nə zaman məni tək tutsa, toxunurdu mənə.. Oxşarmış kimi.. Deyilmiş kimi.. Әmin ola bilməzdim. Mənalandıra bilmədiyim bir tərslik var idi, adını qoya bilməzdim həmin yaşlarda..

Heç kimin olmadığı avtobus dayanacağında tək başına gözləyərkən, dayanacağa gələn qadınla göz-gözə gəlib gülümsəmək, bir-birindən güc almaq. Yay olsa belə gecə küçəyə çıxarkən kapşonlu jaket geyinib, oğlan kimi yeriyərək diqqət çəkməməyə çalışmaq.. Ayaq səsləri eşidən kimi yalandan telefonu götürüb olmayan qardaşınla danışmaq, atanla haradasa yalandan görüş planlamaq.. Gülürəm ağlanacaq bu halımıza..

Bundan 1 qram az deyil çoxumuzun yaşadığı.. İndiyə qədər susmağımızın tək səbəbi utandığımızdandır.. Onsuz  hamımız danışmağa başlasaq bəlkə sizdə utanarsınız.. Siz daha çox nifrət edərsiniz həmcinslərinizə ...

Sən bütün bədən xətlərini ortaya çıxaran paltarlar geyindiyində, gözəl qoxan etirlər istifadə etdiyində, qəhqəhələr atdığında, içkili gəzdiyində, dostlarınla əyləndiyində heç kim olmayan bir küçədə tək başına gəzdiyində ... Mən sənə hücum edirəm mi? Söz atıram mı? Təcavüz edirəm mi?.. Hər hansı bir narahatlıq verirəm mi sənə? Bütün səmimiyyətimlə soruşuram.. Niyə eyni dünyanı paylaşarkən eyni haqları paylaşa bilmirik? Sanırsan ki, mənim çox bəyəndiyim və ya arzuladığım adamlar olmur mu?..

Friday, February 13, 2015

Beynəlxalq Kitab Bağışlama Günü

2011 ci ildə Amerika'nın Minessota əyalətində yaşayan 6 yaşındakı Jack Broadmoore adlı kiçik bir kitap qurdu, "Kitap Vermə Günü" adlı bir bayram uydurmuşdur. Bütün dostlarını və ailə üzvlərini də bu bayramda bir birləriylə kitab dəyişdirməyə məcbur etmişdir. Tam 1 il sonra 2012 ildə Jack'in anası Amy Broadmoore, uşaq kitabları blog'unda bütün kitabsevərləri, uşaqlara kitab hədiyyə edərək "Kitab Vermə Günü"nü qeyd etməyə dəvət etmişdir.

2013 ilində də Cənubi Afrika'dan Brazilya'ya, Singapur'dan İngiltərə'yə, Hindistan'dan Yeni Zellandiyaya'ya qədər çox fərqli ölkədən blogger'lar birlikdə hərəkət edərək insanları, o günü "uşaqlara kitab vermə günü" olaraq qeyd etməyə çağırmışlar. Deməli o gündən bəri dünyanın bir çox ölkəsində 14 Fevral "Dövlətlərarası Kitab Vermə Günü" olaraq qeyd olunmağa başlamışdır.

Hələki bizim ölkəmizdə çox geniş olaraq qeyd olunmasa da, uşaqlar üçün faydalı bu işə necə daxil ola biləcəyimizə bir baxaq...
İlk olaraq evdə oxuduğumuz və bir daha oxumayacağımızı düşündüyümüz kitablarımızı ayıraq.
Әtrafımızdakı kitablarla maraqlanan insanlara bu kitabları verək.
Bir uşağa kitab alaq.
Dostlarımızla kitablarımızı dəyişək..
Universitetdə, məktəbdə, məhəlləmizdə kitab dəyişmə günü hazırlayaq.
Kitablarımızı kitabxanaya, uşaq evlərinə, xəstəxanalara, və ya kitab kampaniyalarına bağışlayaq.
Uzun səyahətlər zamanı oxuyub bitirdiyimiz kitabları avtovağzallara, havalimanlarına, və ya başqa yerlərə qoyaq..

Thursday, February 12, 2015

Harper Lee - Bülbülü Öldürmək

Bu dəfə yazıma bir etirafla başlayım.Hər daim "entelim de entelim" deyə keçinən mən, kitabsevərlər qrupu tərəfindən Bülbülü Öldürmək yenidən nəşr olunan zaman 'Allah Allah, niyə mən daha əvvəl heç eşitməmişəm ki bunu' deyə təccüblənmişdim. Amma daha sonra gedib də nədir, nə deyildir deyə elə də araşdırmamışdım açıqcası. Sonra  irəliləyən zamanlarda bir şəkildə fərqinə vardım ki,  (necə olduğunu indi xatırlamadım) Bülbülü Öldürmək kitabını əldə edib oxumalıyam..))

Kitab haqqındakı şərhimə keçmədən əvvəl bir şey söyləyim : Kitabın orijinal adı "To Kill A Mockingbird"-dir. Mockingbird'ün mənası isə bülbül deyil "alaycı quş"deməkdir. Həmin quş haqqında wikipediadan axtarıb ətraflı oxuya bilərsiz..) Kitabın tərcüməsinə aldanıb da yanlış bir şey öyrənməyinizi istəmərəm. Kitabın orijinal adının belə qətlə yetirilməsinə ürəyim əl vermədi çünki bu ad kitabın açar nöqtələrindən biridir. Buna görə dedim ki, belə qısa bir məlumatlandırma edim. Yenə də "Shoot all the blue jays you want, if you can hit 'em, but remember it's a sin to kill a mockingbird." deyə bu statı azərbaycanca səsli söyləyincə bülbül yerinə "alaycı quş" demək elə də gözəl gəlmir qulağa doğruya doğru. ;) 

Bu kitab əslində çox da mən burada izah edim siz də gedib bir oxuyun tərzində möhtəşəm bir kitab deyil. (təbii ki, mənə görə) Bəlkə də kitabda olan dərinliyi mən anlaya bilmədim. 

Kitab Cin Luize isimli kiçik bir qızın dili ilə yazılmış və əslində yazarı Harper Lee'nin 1936 ilində yaşadığı bir hadisədən ilhamlanmışdır. Bu arada Harper Lee bir qadındır, adına aldanıb da kişi sanmayın. :)) Bu səhvi mən etdim siz etməyin! Hadisələr kiçik bir qızın gözündən anladıldığı üçün biraz sadədir. Vəkil Atticus'un kiçik qızı Cin və ondan biraz böyük oğlu Cim'in uşaqlıq oyunları, yay tətilləri, sirli qonşularına qarşı duyduqları maraq...Bu şəkilde bir uşaq kitabıdır, hətta sirli qonşunun işin içinə girməsi ilə uşaq-qorxu kitabı kimi başlıyır. Kitab iki qismə ayrılmış kimidir, ilk bölümündə Cin ilə qardaşı Cim'in məhələlərindəki Boo Radley adında evindən heç çıxmayan bir adam ilə bağlı maraqlarını, düşüncələrini oxuyursunuz. İkinci qisimsə, hə baxın burası artıq bir az maraqlıdır. Bu bölümdə ataları Atticus Finch'in vəkilliyini üstləndiyi məsum bir zəncinin məhkəmə prosesi boyunca yaşadıqlarına şahid olursunuz. 

Bu kitabda bir uşağın tərbiyəsinə, başqalarının dediklərinə əhəmiyyət verməyən sonuna qədər öz inandıqlarını həyatının fəlsəfəsi olaraq müəyyənləşdirən bir adamın mübarizəsinə, insanların ədalətsizliyinə şahid olursunuz. Bəlkə bir uşağın ağzından yazıldığı üçün kitabın məsum bir terefi var amma belə  düşününcə kitabı sevmədiyimin fərqinə varıram..) 

Monday, February 2, 2015

Khaled Hosseini - Uçurtma Avcısı

Әslində bu kitabı yeni oxumamışam; hətta üstündən təxminən 8 ay keçib. Amma nə zaman oturub bunun haqqında iki sətir yazım desəm, bacara bilmədim, əlim getmədi düymələrə.. Bu kitabı sevirəm amma sadəcə tək bir dəfə oxumaq şərtiylə; oxuduğum gündən bəri bir daha baxa bilməmişəm bu kitaba, hər gördüyümdə üzümü çevirmişəm.. Sadəcə “Uçurtma Avcısı” gözəl və acı bir kitabdır deyən quru bir şərhlə üstünü örtməyi daha uyğun görmüşəm. Bu kitabı oxuduğum axşamı, çox yaxşı xatırlayıram bütün gecə yatağımın içində dönüb durmuş, pis-pis yuxular görmüşdüm. Vicdanım o qədər narahat olmuşdu ki, bir ara “kaşki oxumasaydım” belə demişdim..

Bu kitab iki dostun hekayəsini izah edir..; Әfqanıstan’ın Ruslar tərəfindən işğal edilmədiyi dövrlərdə doğulub böyümüş, birlikdə “qardaş” olmuş iki dost. Biri Әmir; şəhərin öndə gələn zənginlərindən birinin oğlu, digəri isə Həsən; onların xidmətçilərinin oğlu.. Aralarında belə bir fərq olmasına rəğmən, birlikdə böyüyüblər və hər şeyi birlikdə edirlər..

Həsən, Әmir’ə çox bağlıdı; onun üçün hər şeyi edə biləcək bir bağlılıq var onun içində. Amma təəsüf ki, bu iki dostun gözəl keçən uşaqlıq illəri, kitabın böyük bir bölümünü əhatə etmir; ayrılan yolları müharibə ilə birlikdə daha çox dərinləşir. Әmir və atası ölkəni tərk edərək Amerika’ya yerləşir.. İllər sonra Әmir’ə bir xəbər gəlir; “Həsən'in oğlu Talibanlılar’ın əlindədir və o xilas olunmalıdır”.. İndi çox şeyi izah etmədən keçdiyimin fərqindəyəm; amma Әmir üçün güvənli bir ölkədən Taliban idarəsi altındakı təhlükəli bir ölkəyə getməyin; öz həyatı daxil bir çox şeyi riskə atmağın nə demək olduğunu siz təxmin edin.. Amma onun da Həsən'ə  ödənməsi vacib olan bir borcu var..

Kitab, bu hekayə üzərindən bizlərə, əslində tam dibimizdə olan amma gözlərimizi bağlayıb görmək istəmədiyimiz bir  acını göstərir.. Әmir’in gözlərindən, Həsən’in və oğlunun dramından gözəl bir ölkənin petrol uğruna öncə Rus’lar tərəfindən, sonrada onları ölkədən kənarlaşdıraraq idarəni öz əlinə almış Taliban tərəfindən cəhənnəmə çevrilişini; bu müddətdə onlarca məsum insanın əzablarını görürük.. Və bunu izləyən bizlərdə narahat olmuş bir vicdanla oturduğumuz yerdə qıvranıb dururuq.. Anlaşıldığı kimi elə də çox iç açıcı bir kitab deyil, amma bir kərə oxunmuş olmasına rəğmən oxuyan hər kəsin içinə işləyə biləcək bir kitabdır..

Onu da qeyd edim ki, yazar Khaled Hosseini’nin “The Kite Runner” adlı kitabından yola çıxılaraq çəkilmiş bir film belə var.. Yazarın da uşaqlığı Әfqanıstan’da keçmiş,  sonrasında isə ailəsi ilə birlikdə Amerika’ya yerləşmişdir.. Bəlkə də o dövrü izah edərkən Әmir və Həsən üzərindən öz uşaqlığını da izah etmişdir..

Bu kitabla rastlaşdığınız an mütləq oxuyun.. Gec oldu amma sonunda bu kitab haqqında mən də iki sətir bir şey yaza bildim..

Sunday, February 1, 2015

Antoine de Saint-Exupery - Küçük Prens



Bir neçə il əvvəl kitab mağazalarından birinin rəfində görmüşdüm bu romanı. O zamanlar sıradan bir uşaq romanı olduğunu düşünmüşdüm, ancaq indi oxuduqdan sonra gördüm ki, həyat haqqında çox dərin mənalar daşıyır. Oxuyarkən səhifələrində suluboya rəsimlərin yer alması, Küçük Prens'in gördüklərini görmək çox gözəldir. Həyatımızın bir neçə saatını başqa bir planet də yaşıyırmışıq kimi hiss verir.

Antoine de Saint-Exupéry tərəfindən New York’da bir otel otağında yazılan "Küçük Prens" yayımlandığı gündən bu yana milyonlarca insanın qəlbini fəth etməyə davam edir.  Küçük Prens’in yaşadıqlarını anlayır, qırğınlıqlarına üzülür, söylədiklərinə haqq veririk. Planetindəki çiçəyi ilə anlaşa bilmədiyi üçün bir az uzaqlaşmağa qərar verən, səyahət zamanı  Dünya’ya da baş çəkən Küçük Prens Sahra Çölü’ndə bir pilotla qarşılaşır. Nəhayət bütün olan bitəni də bu pilot izah edir bizə. Kimdir Küçük Prens, niyə davamlı olaraq suallar verir, çiçəyi ilə niyə anlaşa bilməmişdir, getdiyi digər planetlərdə kimlərlə qarşılaşmışdır və nələr öyrənmişdir? Bu hekayəni dinlərkən Küçük Prens’in yaşadıqları və öyrəndikləri sayəsində həyatımıza təkrar baxırıq və  ‘nə qədər də böyüdüyümüzü” görürük. Küçük Prens’in də dediyi kimi “Büyüklere her şeyi açıklamak gerekir zaten.” (tanıtım yazısından)

Küçük Prens bir uşağın gözüylə böyüklərin qəribə davranışlarını şərh edir. Böyüklərin dünyasına bir də Küçük Prens'in gözündən baxmaq istəyənlər bu kitabı mütləq oxumalıdır. Uşaq kitabı kimi görünsə də, böyüklər üçün bir uşaq kitabıdır. Müəyyən qəliblərə sıxışıb qalmış; içindəki uşağı basdırmış, xəyallarını itirmiş, düşünməyi buraxıb əzbərə yaşayan  biz böyüklərə çox gözəl dərslər verir.

İçimdə bir yerlərdə gizlənmiş uşaq üçün darıxdığım anlarda təkrar oxuyacağım bir kitabım oldu.

Amma kitabı oxuyub bitirdikdən sonra onu bu qədər gec tanıdığım üçün peşman oldum.. Uşaqkən xatirələrimi bəzəsəydi kaşki. Olsun, mən elə də gec olduğunu düşünmürəm. Heç tanış olmaya da bilərdim.