Sunday, April 26, 2015

The Theory of Everything

Mütləq izləməliyəm dediyim amma izləmək üçün fürsət tapmadığım film olan "The Theory of Everything" ilə qarşınızdayam. :) 

Әvvəla niyə bu filmi bu qədər ertələdim deyə özümdən soruşuram. Razıyam filmlər haqqında geniş dünyagörüşüm olmaya bilər  amma belə gözəl bir filmi ertələmək ayrı bir üzücü durumdu mənim üçün... Hər nəysə, sonunda izlədim və düşünürəm ki, önəmli olan da budu. :))

Film haqqında fikir versin deyə öncə mövzusundan başlayım. Film məhşur bir fizik olan Stephen Hawking və onun həyat yoldaşı Jane ilə olan yaşamından bəhs edir. Tələbə olarkən zəkasıyla professorun diqqətini çəkən Stephen Hawking qara dəliklər və dünyanın yaranması ilə bağlı ortaya qoyduğu teoremi və kitabıyla elm həyatına addım atmağı bacarır. Eyni zamanda həyat yoldaşı olan Jane ilə burada tanış olur. Hər şey çox gözəl gedərkən Stephen Hawking bir xəstəlik keçirir və motor neyronlarının işləmədiyini, bunun da ciddi nəticələrə səbəb olacağını öyrənir. Artıq Hawking'in həyatı çətin bir dönəmə girir. Bütün çətinliklərə rəğmən Stephen Hawking çalışmağa davam edir. Xəstə olarkən belə öz teoremi üzərində çalışır, yanlışlarını düzəldir. Amma əsas məqsədi  filmdə "Her Şeyin Teorisi olaraq bəhs olunan bir denklemi tapmaqdır. Bu denklemi taparsa yaşamdakı hər şeyin təməl dayanağını tapmış olacaq və bilinməyənləri açıqlamış olacaqdır..

Film haqqında mənim düşüncələrimə gəlsək... Şübhəsiz ki,  izlədiyim ən yaxşı filmlərdən biri idi.. Həm duyğusal səhnələriylə həm də zarafatcıl dialoqlarıyla məni həm güldürdü həm də hüzünləndirdi. Bəzən də təəccübləndirdi. İki saatın necə keçdiyini anlamadım. Filmdən sonra boşluğa atılmış, ruhu çəkilmiş bir insana çevrilmişdim. Film ağlımdan çıxmır.. Özəlliklə də son səhnələr hələ də gözlərimin önündədi. 

Nəticə olaraq mən bu filmə BA-YIL-DIM. Tapacağım bir qüsur belə yoxdu filmdə. Hər şey o qədər real idi ki... Xəstəlik müddəti, yıxılma səhnəsi və daha bir çox səhnə.. Әgər Stephen Hawking'ə qarşı marağınız varsa ya da araşdırdığınızda marağınıza səbəb olubsa bu filmi mütləq izləməlisiniz.. Çünki bu film mənə çox şey qatdı, çox şey öyrəndim. Sizin də bu iki saatın sonunda çox şey qazanacağınıza əminəm. Bəlkə dünyaya, yaşama olan baxış bucağınız belə dəyişə bilər..

 Uzun sözün qısası film izləmək istəsəz bu film ağlınız bir küncündə dursun. :) 

Monday, April 20, 2015

Sabahattin Ali - Xəz Paltolu Madonna

Demək olar ki, bir çox kitab mağazasında ən çox satılanlar siyahısında olan "Kürk Mantolu Madonna" kitabı məncə sizin də diqqətinizi çəkməmiş deyildir... Kitabı uzun zamandır oxumaq istəyirdim. Amma hər dəfə başqa kitablar sıraya girdiyindən bu kitab hər zaman unudulurdu. Robin Sharmanın kitabı bitdikdən sonra "görəsən hansı kitabı oxuyum" deyə düşünürdüm ki, bu kitabı oxumağa qərar verdim. Doğrudur, "Ferrarisini satmış rahib" kitabından sonra "Kürk mantolu madonnaya" keçişim, bir az sərt oldu..)) Çünki hər iki kitab həm janr, həm də yazarların düşüncəsi baxımından çox fərqlidir. Amma olsun.. Mən yenə də çox sevdim.. Nəysə sözü çox uzatmadan kitab haqqında bir az məlumat verim.. :) 

Kitabdakı əsas hadisələr, baş qəhrəmanın bir rəsm sərgisində "Kürk Mantolu Madonna" isimli tabloya heyran olması ilə başlayır.  Kitabımızın qəhrəmanları Maria Puder ve Raif Beydi. Raif bəy içinə qapanıq və ətrafında baş verən hadisələrlə bütün bağını qoparmış bir bəydir.  Hansi ki, öz içində yaşayan səssiz tiplər var ha, baxın Raif Efendi eynən bu şəkildə bir xarakterə sahib insandı. Maria Puder isə kişilərlə arası heç bir zaman yaxşı olamamış, onlara çox güvənməyən, azadlığına düşkün bir qadındır. Kitabda bu ikili arasında olan münasibət anladılır.. 

Mütləq oxunması vacib olan bir kitab deyə yərlərə, göylərə sığdırılmayan bu kitab həqiqətən haqqında deyilən bütün təriflərə layiqdir. Mən kitabı çox bəyənərək oxudum. Ancaq kitabın ilk bölümlərində Raif bəyin bu içinə qapanıqlığı və hər şeydən çəkinməsi bəzən həqiqətən əsəblərimi pozdu :)

Hər insanın bir hekayəsi vardır kimisi xoşbəxt sonla bitir, kimisi hüzünlə...Raif bəyin hekayəsi sizi çox təəccübləndirsə də hekayənin sonunu öyrənmək üçün bir nəfəsdə əlfəcinə belə ehtiyac duymadan oxumağa davam edəcəksiniz. 
Kitabı oxuduqdan sonra susqun olan insanların həyatları daha çox marağıma səbəb oldu. Daha əvvəllər bilməzdim susan hər insanın qiymətli hekayəsinin ola biləcəyini... İndi daha diqqətliyəm ətrafımdakı hər kəsə qarşı.. 

Saturday, April 18, 2015

Ferrarisini satmış rahib-R.Şarma

Yaşamımın sıxıntılı bir dönəmində, bir dostumun məsləhəti ilə, mənə pozitiv enerji verən bir kitab oxudum.. Bu Robin Sharma’nın "Ferrarisini Satan Bilge"  kitabıdır.

Kitab; 2005 ci ildə nəşr olunmuş və 199 səhifədən ibarətdir. 40 yaşındakı yazar Robin Sharma’nın bu kitabdan əlavə liderlik və şəxsi inkişaf mövzusanda 7 kitabı var.. :) Eyni zamanda hüquqşünas olan Sharma, liderlik və idarəetmə sahəsində təhsil verən beynəlxalq liderlik şirkətinə rəhbərlik edir.. 

Kitabda canlı, yaradıcı və doyurucu bir yaşam üçün əqli, fiziki və ruhsal çalışmalara dair çox dəyərli məlumatlar verilir. 

Kitabda Ferrarisini satan rahib olaraq anladılan Julian, ölkənin ən tanınmış hüquqşünasıdır. Çox insanın xəyal edə biləcəyi hər şeyi əldə etmişdir; şöhrəti, milyon dollarlıq bank hesabları, yaşadığı şəhərin ən bahalı yerində möhtəşəm bir malikanəsi, tropik bir adası və ferrari marka avtomobili var.

Julian 18 saat çalışan, ailə əlaqələri pozulmuş, 50 yaşı olmasına rəğmən daha yaşlı görünən biridir. Bir məhkəmə əsnasında infarkt keçirdikdən sonra Hindistana səyahət etmək qərarına gəlir. Buna görə işinə son verir, malikanəsini, adasını, hətta çox sevdiyi Ferrari’sini belə satır.

Üç il sonra əqli və fiziki cəhətdən inanılmaz bir dəyişim keçirən geri dönən Julian; Himalayaların ətəklərindəki Sivana “aydınlanma vahası”nda yaşayan Hind yogilərdən öyrəndiyi “aydınlanmış yaşamın qədim sirlərini" bütün kitab boyunca ən yaxın dostu ilə paylaşır.

Kitabda oxuyucuya verilmək istənən ana düşüncə; həyatımızda maddi dəyərləri ön planda tutaraq əslində bizim üçün önəmli olan mənəvi dəyərlərin ,ailəmizin, sevdiklərimizin dəyərini bilərək anı yaşamaqdır.. 

Gerçək dünyadakı BİZLӘR yaşamı dolu dolu yaşamaq üçün ikinci bir şansa sahib deyilik. Ona görə, bugün çox gec olmadan gözlərimizi açaraq bizə verilən şansı doya doya istifadə etməliyik. Yaşamımıza məna qatan insanlara daha çox zaman ayırmalıyıq. Hər anımızı özəl yaşamalıyıq. Uzun sözün qısası kitabda deyildiyi kimi ruhumuzu canlandırmalı və onunla maraqlanmalıyıq... Bu, aydınlanmaya gedən yoldur…

Monday, April 13, 2015

Bozun əlli çaları

"Bozun əlli çaları" kitabını oxuduqdan sonra filmini də izləyərək vüsala çatdım. :)) Filmi üst-üstə iki dəfə izləmişəm. Yaxşı ki, elə etmişəm.. Çünki filmdə hadisələr o qədər sürətlə olub bitir ki, ikinci seansda filmi izlediyimi ancaq qəbul edə bildim. Hələ də qarışıq duyğular içərisindəyəm, o səbəblə film haqqındakı düşüncələrimdə qeyri-müəyyən ifadələr oxuya bilərsiniz..

İlk olaraq filmi izləməyənlər və izləməyi düşünənlər üçün bir XӘBӘRDARLIQ etmək istəyirəm, "Kitabı oxumadan, filmi izləməyin məncə" .. Çünki anlam verə bilməyəcəyiniz səhnələr, qaçırdığınız dialoqlar olacaq. Bir kitabsevər olaraq onlardan məhrum qalmağınızı istəmərəm. :)

Filmi izləmədən öncə film haqqında heç iç açıcı fikirlər oxumamışdım. Hətta çox insan tərəfindən bəyənilməmişdi. Düzdü ümumilikdə götürdükdə filmi bəyəndim amma bir yanı ilə də xəyal qırıqlığı yaşatdı mənə. Mənim əlli tonuma çox uyğun olmadı bu film. Bozun əlli çalarını oxumayıb sağdan soldan fikir sahibi olan çox insan var. Ona görə ilk başda düşünmüşdüm ki, heç deyilsə bu filmlə niyə kitabın bu qədər sevildiyi anlaşılar. Amma filmdən sonra yanıldığımı gördüm..

Film kitabı oxuyanlar üçün çəkilib. Mənim gülərək izlədiyim səhnələri kitabı oxumayanlar heç bir şey anlamadan izləyirdi. Duyğu baxımından boşluqda qalan səhnələr vardı. Səbəbi də olması vacib olan səhnələrin olmaması idi. Düzdü dəyişikliklər vardı. Başa düşürəm bu normaldı.  Amma belə də olmamalıydı. Məsələn Christian' ın ailesi ilə tanışma yeməyinə getmədən öncə Christian Ana' ya, "Ehtiyacın olan hər şeyi aldın mı?" deyə soruşub gülürdü. Baxın bu səhnəni kitabı oxumayanların anlamış olması im-kan-sız-dır! Amma əminəm ki, mənim kimi kitabı oxumuş olanlar isə bu səhnədə gülmüşlərdir..

Bu mənfiliklərdən əlavə müsbət yönlərindən danışacaq olsam film musiqilərinə aşiq olmuşam. Filmi izlədiyimdən bəri əlaqəsiz bir şəkildə Annie Lennox'ın "I Put A Spell On You" mahnısını dinləyirəm, çox gözəldi! Bundan əlavə aktyorlar kitabın qəhrəmanlarına çox uyğun gəlir. Özəlliklə Anastasia rolunu canlandıran Dakota Johnson.. Onsuz ki, Jamie Dornan seçildiyi andan etibarən qəlbimi fəth etmişdi. :)

Film haqqındakı düşüncələrim bu şəkildədir. Kitabı oxumayıb bəyənən və bəyənməyənlərdə ola bilər. Aranızda fərqli düşünənlər varsa fikirlərinizi oxumaq istəyərəm. :)

Sunday, April 12, 2015

Now is Good

Salam dostlar, bugün bir az ürəyim sıxıldığı üçün blogda paylaşacaq bir şeylər axtardım. Sonra, aylar öncə bir dostumun tövsiyəsi ilə izlədiyim Now is Good filmi ilə bağlı düşüncələrimi paylaşmaq ağlıma gəldi.. İlk olarak filmin senarisinin Jenny Downham'ın 'Before I Die' kitabından götürüldüyünü qeyd edim. Bəlkə aranızda ilk olaraq kitabı oxumaq istəyənlər oldu. :) 

Mövzusu

Tessa Scott gördüyü 4 illik kemoterapiya müalicəsindən uğur əldə etmədiyi üçün qalan zamanını ən yaxşı şəkildə keçirə bilmək üçün,  ümumi müayinə xaricində xəstəxana ilə əlaqəsini tamamilə kəsir.

İndi qalan zamanını ən yaxşı şəkildə dəyərləndirməli və ölmədən öncə etmək istədiyi hər şeyi həyata keçirməlidir.

Filmə ilk başlayanda mövzusu haqqında heç bir fikrim olmadığı üçün "bütün film belə gedəcəksə izləməyə dəyməz" deyə düşünmüşdüm. Halbuki heç əlaqəsi yox imiş! Filmin sonunda gözyaşları içərisindəydim. Mövzu bu tip filmlər və kitaplar olanda inanılmaz sulugöz oluram. Sonra "yox mən heç ağlamadım, yox çox böyüdürsən falan deyə gəlməyin üstümə. Xasiyyət məsələsidi... :)

Filmdə məni duyğulandıran çox səhnə vardı, amma bunlardan birini sizinlə paylaşmasam içim heç cür rahat etməz. Tessanın kiçik qardaşının, ailədəki hər kəs oturub bir şeylər yeyərkən sanki bacısı gəzməyə gedəcəkmiş kimi öləcəyindən bəhs etməsi və ardından arsız arsız "bacım öləndən sonra otağına mən keçə bilərəm mi" demesi məni inanılmaz dərəcədə duyğulandırmışdı.

Nəticə olaraq deyəcəyim odur ki,  romantik-dram-trajedi filan sevirsinizsə bu filmi mütləq izləyin. "Aynı Yıldızın Altında"  nı sevirsinizsə də izləyə bilərsiniz, çünki 'bir az ' bənzəyirlər. :) Nəysə mənim ürəyimin sıxılmağı keçdi, ona görə burada bitirə bilərəm yazımı..) Bir sonraki yazıda görüşənədək.. :) <3

Friday, April 10, 2015

Oğlan Olaraq Dünyaya Gəlmiş Olsaydım

Xərçəng bürcü qadınının özəlliklərində ən böyük peşmanlıqlarının "qadın olaraq" dünyaya gəlmiş olması ilə bağlı bir şey oxumuşdum.. Düşünürəm görəsən haqlıdırlarmı?..

Oğlan Olsam Edəcəyim 4 Şey:

-Birini bəyənsəm ya da nə bilim aşiq olsam filan söhbəti çox uzatmazdım o dəqiqə həmin xanıma onu bəyəndiyimi deyərdim.. :)

-Təhsilin, işin, pulun, fiziki görüntünün və sosial statusun bir oğlanın həyatında çox önəmli olduğunu anlayar və bunlara nail olmaq üçün həyatım boyu mübarizə aparardım..

-Mütləq bir musiqi aləti çalmağı öyrənərdim..

-Ayaqlarım və qollarım tüklü olaraq rahatca gəzmənin keyfini çıxarardım..

Oğlan Olsam Etməyəcəyim 4 Şey:

-Maşın sürərkən rol arxasında burnumu qarışdırmaz, restoranda yaxud hər hansı bir kafedə çöp ilə dişimi təmizləməz, yolda gəzərkən cinsiyyət orqanımla oynamazdım..

-Oğlan dostlarımla sulu sulu öpüşüb-görüşməzdim.

-Bir oğlan olaraq həyatımdakı bütün qadınlara əsla pis davranmazdım..

-Namusluyam havalarında gəzib, gündə 5 qızla görüşüb, həftədə 3 qızla yatağa girməzdim..

Wednesday, April 8, 2015

Mən uşaq olanda...

Salam dostlar Necəsiz?.. Valla mən bugün mağazaya gedərkən bir firmanın bayrağının küləkdə çıxartdığı səsi, uşaqkən parkda yelləncəkdə yellənərkən çıxan səsə bənzədib uşaqlığına dönən biri kimiyəm. Nə dəcəlliklər, nə axmaqlıqlar etmişəmsə hamısı tək tək gözümün önündən keçdi getdi bir anda. Mən də bütün bunları yazıya töküb ölümsüzləşdirmək istədim. Sabah bir gün uşaqlarım olsa, bunları etsə söz verirəm burdan onlara, inanın uşaqlar, heç əsəbləşmərəm sizə. Bu da maddələr halında uşaqlığım.. :)

*Böyük bir torbanı ala bildiyi qədər su ilə doldurub balkondan aşağı atmaq və səbirsizliklə axşam 5dən sonra döyülməyini gözləmək.

*Şüşə masanı dişləmək.

*Qarşıdan qarşıya keçərkən həmişə insanların ən sağında durmaq. birdən maşın qəza edərsə ilk öncə onları vursun deyə. :))

*Barmağımın ucunu qələmbiçənlə soymağa çalışmaq. Әslində bu psixliyin əlaməti də ola bilər..)

*Burnuma noxud soxmağım və sonrasında xəstəxanalıq olmağım.

*Küçəyə çıxmağa icazə verməyən anama inad balkonun dəmirlərinin arasına başımı soxub məhəllədəki uşaqları izləmək və başımı ordan çıxara bilməyib dəqiqələrcə ağlıyıb bütün məhəlləni səfərbər etmək.

*Әt yada balıq yedikdən sonra pişiyə barmaqlarımı yalatmaq.

*Barmağımın ucuna adikalon tökdükdən sonra kibritlə yandırıb qısa bir müddət yanan barmağa sahib olmaq.

*Evdəkilər kitab yaxud qəzet oxuyərkən kitabın ortasına qaçaraq yumruq keçirmək.

 Daha nələr nələəərrrr

Gerizəkalı falandım ama xoşbəxt idim!!

Tuesday, April 7, 2015

Blog yazmaq gözəldir..

Demək olar ki, bir neçə aydır fərqli bloqlarda  paylaşımlar edirəm, müəyyən mövzu ilə bağlı fikirlərimi bölüşürəm. Və bunu sevərək edirəm. Bir işi sevməsən niyə edəsən ki?  deyil mi?..  Nəticədə zorlayan yoxdu..) Zorla yazan var mı görəsən?. Yoxdur hər halda.:P Varsa tez bir zamanda bu işləri buraxsın məncə..) Məsələn mən çox zövq alıram hər nə qədər çox zaman ayıramasam da ... blog oxumağı da çox sevirəm. Anlayacağınız blog yazmaq gözəldi..) Təbii ki, səbəbləri var.. :P Blog yazmaq "niyə gözəldir?.."  deyə özümdən soruşdum və sualı özüm də cavablandırdım. Bununla da Şizofreniyaya ilk adımımı atdım.. :P
Blog yazmaq niyə gözəldir sevgili Aysel? - Öhömm:

- Hər insan başqalarıyla bir şeylər paylaşmaq isteyir. Gördüyü, oxuduğu, izlədiyi fərqli bir şeyi paylaşmaq xoşbəxtlik verir insan övladına.. :)  Kimisi bunu fərqli yollarla edər. Amma mən blog yazaraq həll edirəm bunu. Blog ilə paylaşma ehtiyacımı qarşılayıram. Yaşam paylaşdıqca gözəldir. Blog paylaşmaqdır.

- İnsanlar yazdıqlarının oxunmasını istər.  Әvvəllər var idi o gizli gündəliklər filan... Yaxşı bunu sıradan bir insan necə bacaracaq?.. Bir qəzetdə yazar deyil, hansısa bir sayt açmaq üçün yetərincə büdcəsi yoxdu..)) Bunun üçün asanı var.. blog açar..:) Düşüncələrini, anlatmaq istediyi bir hadisəni, bir tv serialını belə blogu vasitasiylə azda olsa bir topluluğa eşitdirməyi bacarır. Kiçikdə olsa o an xoşbəxtlik verir o blogu yazan insana. Bəlkə də bəziləri heç əhəmiyyət verməz amma o yazar, birileri də mütləq oxuyar. Oxunmaq gözəldir, blog gözəldir :)

- Fərqli düşüncələr ilə qarşılaşarsan blog yazaraq. Normal həyatında ətrafında adətən sənin kimi düşünən insanlar olur. Amma blog elə deyil. Bir mozaykadı. Hər cür insan var..) Bu baxımdan yararlıdır. Amma görə bilənə, faydalana bilənə təbii ki..  Gözəldir gözəldir..

- Yazdıqlarına gələn şərhləri oxumağı, "..aaa  mən də belə düşünürəm" deyənləri görməyi çox sevirəm. O şərhlər blog yazmağı daha da gözəl edir.. :)

- Son olaraq bilirsən mi, blog yazmaq niyə gözəldir?.. Çünki mən yazıram. Mən!! :) Mən yazdığım şey gözəl olmayacaq mı? :))

Blog baldan tatlıdı..))